Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
30-07-2023 [00:12]
Qoç - günün ilk yarısı sakit və rəvandır. Hətta situsiya sizə bir qədər darıxdırıcı təsir də bağışlaya bilər. İdeyalar və ya yaşamınızda nəyisə dəyişmək istəyi yoxdur. Hadisələr ənənəvi məcrada, rutin formada inkişaf edir. Səhhətinizdə problem, yorğunluq hissinin yaranması istisna deyil.
Günün ikinci yarısında vəziyyət dəyişəcək. Enerji artacaq. Maraqlı təkliflər alacaqsınız. Başladığınız işi yarımçıq qoymayın. Uzunmüddətli planlar qurmaq, onları yaxınlarınızla müzakirə etmək olar.
Buğa - əlverişli zamandır. Əldə edəcəyiniz uğurların miqyası yalnız sizdən, intizamlı davranışınızdan asılıdır. Var qüvvənizlə çalışsanız yaxşı nəticələr əldə edə bilərsiniz. Sərfəli anlaşma istisna deyil. Yaxın gələcəkdə əhəmiyyətli gəlir olacaq.
Günün ikinci yarısında qəfil görüş istisna deyil. Çoxdan bəri görmədiyiniz insanlar özlərini xatırladacaqlar. Köhnə romantik münasibətləri bərpa etmək olar. Fəqət, qərar verməzdən əvvəl bu münasibətin sizə gərək olub-olmadığını müəyyənləşdirin.
Əkizlər - günün ilk yarısında kiçik, amma usandırıcı problemlər ola bilər. Narahat olmayın, gərgin dövrün ömrü uzun olmayacaq. Bədbinliyə qapılmayın. Bədxahların planlarını alt-üst etməyin, rəqibləri üstələməyin yollarını tapın.
İşgüzar danışıqlar pis keçməyəcək. Potensial sifarişçi ilə danışıqlar, sifarişin və ya layihənin müzakirəsi, yeni işə başlamaq üçün yaxşı zamandır.
Günün ikinci yarısında romantik hisslərə aldanmayın. Addımlarını verə biləcəyi nəticələri düşünün. Müdrik, ehtiyatlı olun. Düşünüb-daşınmağı izafilik hesab etməyin.
Xərçəng - asan qələbələr olmayacaq. Görülən işin müqabilində pulunuzu alanda diqqətli olun. Zəhmətiniz hədər getməyəcək. Lakin yaxın ətrafınızdakı insanlar ən yaxşı məziyyətlərinizi görmək istəməyəcəklər. Yeni layihəyə başlamaq üçün əlverişli zamandır.
Günün ikinci yarısında genişmiqyaslı, mürəkkəb işə start vermək fikriniz varsa, köhnə müttəfiqləri işə cəlb edə bilərsiniz.
İşgüzar təmaslar harmonik olsa da, şəxsi münasibətlərdə problemlər var. Kiçik və mənasız nüanslara görə yaxınlarınızla mübahisə etməyin. Ailə üzvləri ilə dil tapmaqda çətinlik yaranacaq. Ən önəmli məqamda dostlar sizi dəstəkləməyə bilərlər. Situasiyaya təsir edin, hadisələrin məcrasını dəyişin. Axşam saatlarında vəziyyət yaxşılaşa bilər.
Şir - günün ilk yarısında soyuqqanlı və təmkinli olun. Çoxsaylı təxribatlara uymayın. Sağlam məntiqlə davranın. Mürəkkəb, qarışıq situasiyada optimal variant tapmağa çalışın. İşlərin gedişatı seçəcəyiniz yoldan asılı olacaq.
Günün ikinci yarısında işdə rəhbərliklə ünsiyyətdə çox diqqəli olun. İşgüzar etiket qaydalarını pozmayın. Kollektivdə qeyri-formal münasibətlər olsa da, sayıqlığı əldən verməyin.
Axşam saatlarında xoş sürprizlər olacaq. Maliyyə problemi həllini tapacaq. Gəlirlər istisna deyil.
Qız - əlverişli, maraqlı və uğurlu gün olacaq. Təcrübəli və bilikli insanlarla ünsiyyətdən yararlana bilərsiniz. Sizi maraqlandıran sualları bu adamlara ünvanlamaqdan çəkinməyin. İşdə rəhbərliklə fikir ayrılqları istisna deyil.
Günün ikinci yarısında ideyalarınız layiqli dəstək almayacaq.
Axşam saatları səfər və ya gəzinti üçün sərfəlidir. Açıq havada nə qədər çox olsanız, bir o qədər yaxşıdır. Yeni tanışların hamısına inanmaq gərək deyil. Mənasız təmaslara heç bir lüzum yoxdur.
Tərəzi - maddi baxımından çox qarışıq, mürəkkəb gündür. Maliyyə məsələləri ilə bağlı mühüm qərarların qəbulu, ciddi anlaşmalar və alış-veriş üçün sərfəli zaman deyil. Problemlərin həllinə yaradıcı yanaşma nümayiş etdirin. Yaxşı ideyalar qıt olmayacaq.
Günün ikinci yarısında işdəki problemlərdən birini həll edə biləcəksiniz. Mövqelərinizi möhkəmləndirin, tərəfdaş və ya şəriklərin sizə olan sayğısını artırın.
Şəxsi münasibətlərdə pozitiv təmayüllər güclənəcək. Yaxın adamlarınızın yanında özünüzü rahat, yaxşı hiss edəcəksiniz. Yaxın gələcəklə bağlı birgə planı sevdiyiniz insanla müzakirə edin. Niyyətlərinizi mümkün qədər tez gerçəkləşdirməyin yollarını arayın.
Əqrəb - günün ilk yarısı narahatlıq və gərginlik zamanıdır. Emosiyalarınız sınağa çəkiləcək. Hisslərə qapılmayın. Ən xırda məsələ sizi təbdən çıxarmasın. Gərəkli addımlar atın, pozitiv olmağa çalışın.
Sizi səbrlə dinlməyə hazır, sözlərinizə dərhal "dəyər" verməyə tələsməyən insanlarla vaxt keçirin.
Günün ikinci yarısında situasiya stabilləşəcək. Yeni işlər maraqlıdır. Vaxt pis keçməyəcək. Bacarıqlarınızı və biliklərinizi nümayiş etdirin.Axşam saatlarında normal istirahət edin.
Oxatan - günün ilk yarısından maksimal effektiv şəkildə yararlanın. Uğurlu zamandır. Peşəkar fəaliyyət müstəvisi ilə yanaşı, şəxsi münasibətlərdə uğur qazana bilərsiniz. Yeni işlərə cəsarətlə başlayın. İlk problemdən sonra geri çəkilməyin.
Günün ikinci yarısında geri çəkilməyin. Bu yaxınlaradək rəqiblərinizi dəstəkləyərək indi sizin tərəfinizə keçən insanlara inanmayın. Axşam saatlarına yaxın işgüzar aktivliyi azaltmaq olar. Dəyər verdiyiniz insanlarla ünsiyyətdə olun. Emosional balansı bərpa edin.
Oğlaq - günün ilk yarısnıda qəfil hadisələr olmayacaq. Planlarınız da pozulmayacaq. Hadisələr öz axarındadır. Situasiyanın stabilliyi və rəvan olması sizi sevindirməlidir.
Günün ikinci yarısı işgüzar ünsiyyət üçün yaxşıdır. Fəaliyyətlə bağlı məsələlər, maliyyə problemlərini həll edin. İndiyədək sürəkli mübahisə etdiyiniz insanlarla da dil tapmağa çalışın.
Axşam saatlarında səfər pis alınmayacaq. Amma yolda hesabladığınızdan artıq vaxt keçirəcəksiniz. Sevdiyiniz insanla təmaslar sizdə xoş əhval yaradacaq. Dostlarla birlikdə keçirilən vaxt yaxşıdır.
Dolça - günün ilk yarısında qəfil təkliflər ala bilərsiniz. İlk əvvəl təəccüblənsəniz də, sonradan ələ düşən imkandan yararlanmağa çalışın. Bu qərara təəssüflənməyəcəksiniz. Maliyyə baxımından əlverişli zamandır. Alış-verişdə simiclik etməyin.
Günün ikinci yarısında şəxsi münasibətlərdə ciddi irəliləyişlər və ya dəyişikliklər olmayacaq. Ailə üzvləri, yaşlı qohumlarla ünsiyyətdə diqqətli olun. Onların sizə ehtiyacı var.
Balıqlar - işlərə laqeyd, hərdəmxəyal yanaşmayın. İlk informasiya və ya tələsik təəssüratlardan sonra qərar qəbul etməyin. Ciddi, təmkinli və soyuqqanlı olun. Çoxsaylı xahiş, müraciət və tapşırıqlardan qurtulmaq üçün çox məşğul olduğunuzu göstərin.
Günün ikinci yarısında köhnə dostlara güvənə bilərsiniz. Yeni təmaslar pozitiv emosiyalar vəd edir.
Milli.Az
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon