Şirvanda Aşura günü ilə bağlı qanvermə aksiyası təşkil olunub - FOTOLAR

img

28-07-2023 [18:21]


Şirvan şəhərində Məhərrəm ayı ilə əlaqədar olaraq Aşura günündə könüllü qanvermə aksiyası təşkil olunub.

Mia.az xəbər verir ki, səhər saatlarından başlayaraq sakinlər gün ərzində Mərkəzi Qan Bankının Şirvan bölməsinə yaxınlaşaraq qan veriblər.

Aksiya zamanı əvvəlcədən həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlıq imkanları müəyyənləşdirilib. Hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb.

Toplanan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən şəxslər üçün istifadə olunacaq.

img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR