Bakıda rabitə qülləsinə qara bayraq asan 40 yaşlı şəxs həbs edilib - DİN açıqladı

img

28-07-2023 [17:04]


Bakıda rabitə qülləsinə qara bayraq asan şəxs həbs edilib.

Mai.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, “Dini etiqad azadlığı haqqında” qanuna əsasən bütün dini mərasimlər yalnız məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirilməlidir:

"Qanunvericiliyin tələblərinə zidd olaraq, iyulun 28-də günorta saatlarında Sabunçu rayonu Ramana qəsəbəsində rabitə qülləsinə qara bayraq asılması müşahidə olunub.

Polis əməkdaşları həmin əməli törədən 1983-cü il təvəllüdlü Hüseynov Samid müəyyən edib və o, həbs edilib".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA