Konfrans Liqası: "Fənərbağça" "Zimbru" komandasını darmadağın edib

img

27-07-2023 [00:08]


UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda "Fənərbağça" Moldovanın "Zimbru" komandasını darmadağın edib.

Mia.az xəbər verir ki, türklər oyundan 5:0 hesabı ilə qalib ayrılıblar.

İsmail Kartalın tələbələri  oyuna çox istəkli başlayıblar.

“Fənərbağça” 11-ci dəqiqədə Ferdi Kadıoğlunun qolu ilə 1-0 önə keçib.

13-cü dəqiqədə  Ryan Kentin qəşəng qolla fərqi 2-yə yüksəldib.

“Fənərbağça” 61-ci dəqiqədə Edin Dzekonun vurduğu qolla hesabı 3-0-a çatdırıb.

Edin Dzekonun qolundan cəmi 2 dəqiqə sonra Sebastyan Şimanski bu dəfə səhnəyə çıxıb - 4:0.

Sürətli oyununu bir an belə azaltmayan “Fənərbağça” 88-ci dəqiqədə Coşua Kinqin qolu ilə 5-ci qola da imza atıb.

Oyun bu hesabla bitib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA