Həbsdə olan “İmam Mehdi”nin xanımı faktları açdı, sensasiyalı iddialar irəli sürdü - “Şaurma N 1" restoranının şəriki barədə nələr deyilir?
26-07-2023 [09:43]
Bakı Ağır Cinayətlər Məhkəməsində Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.
İttihama görə, o, özünü “12-ci İmam Mehdi” kimi təqdim edərək 40 nəfərə qarşı dələduzluq edib. Aylardır davam edən prosesdə təqsirləndirilən Aqil Babayev ittihamları qəbul etməyib.
Mia.az xəbər verir ki, onun həyat yoldaşı Nigar Babayevanın “Yeni Müsavat” qəzetində və qəzetin saytında (Musavat.com) müraciəti dərc olunub:
“Şaurma N 1" restoranının şəriki, "12-ci İmam Mehdi" adı altında həbs olunan Aqil Babayevin cinayət işi üzrə məhkəmə proseslərində ona verilmiş ittiham təsdiqini tapmadığından pərdəarxası olan işlər üzə çıxmağa başlayır. 2021-ci ilin iyulunda ölkə üzrə “12-ci İmam Mehdi” adı altında dələduzluqda ittiham edilən Aqil Babayevə qarşı ifadə verən şəxslərin videorolikləri gündəm oldu. Bir neçə müddətdən sonra məlum oldu ki, Aqil Babayev “Shaurma N1" restoranlar şəbəkəsinin şəriki imiş. 2021-ci ildən indiki vaxta kimi davam edən işdə "zərərçəkmiş" qismində tanınan şəxlərin gülünc və məntiqsiz məhkəmə çıxışları da gündəmi zəbt etməyə davam etdiyindən, bu işin pərdəarxası məqamları ortaya çıxmağa başladı. Belə ki, məntiqə uymayan ən gülünc ifadəsi ilə seçilən “zərərçəkən” Anar Aslanov təhsilli hüquqşünas olduğu təqdirdə Aqil Babayevin evindən pullarının oğurlandığı gün “Aqil Babayevin evinə gecə saat 23:50-də santexnik kimi smestitel dəyişməsi üçün getdiyini”, “istintaqda verdiyi ifadəsində isə Aqil Babayevin guya ona 306 min borclu olduğu halda evindən 520 min manat pul götürdüyünü”, “Pakdad” restoran sahibi Babaşov Ş.A-ya 200 min dollar borclu olduğu təqdirdə isə guya Aqil Babayevə kasıb ailələr üçün bina tikdirməsinə görə külli miqdarda pul verdiyini" bildirib. Digər “zərərçəkən” Xəyal Mustafayev “Tələbə vaxtından 20 min manat zəkat verdiyini”, “zərərçəkən” Əli Quliyev kirayədə yaşaya-yaşaya 14 min 400 manat zəkat verdiyini və digər “zərərçəkənlər” də maddi durumları kifayət qədər yaxşı olmadıqlarına baxmayaraq zəkatı mütləq şəkildə verdiklərini məhkəməyə bildirirlər.
Bundan əlavə, şikayətçilərin sözlərinə görə, Aqil Babayevin onları İmam Mehdi adı ilə aldatması və inandırmasına səbəb kimi “zərərçəkən” Aydın Niftəliyev “Aqil Babayevin onu havaya qaldırmasını, tonqalın üzərində əyləşib qanadlar çıxarmasını”, “zərərçəkən” Polad Mustafayev “Ayı bölməsini, səmada möcüzələr göstərməsini”, “zərərçəkən” Azər İslamov “Səmada, qiblədə Aqil Babayevin üzünü görməsini”, “zərərçəkən” Ömər Qurbanov “Ağacların səcdə etməsini, Aqil Babayevin yanında Cəbrayıl mələyi görməsini”, “zərərçəkən” Natiq Sadıqov “Onu ovsunlamasını”, “zərərçəkən” Bəruz Kave “Aqil Babayevin onun yuxularına müdaxilə etməsini”, “zərərçəkən” Faiq Abdullayev “Cənnətdən bir neçə sot torpaq almasını”, “zərərçəkən” Elmar Orucov “Günahlarının pulnan sıfırlanmasını, evinin qara qüvvələrdən təmizlənməsi üçün 40 min manat verməsini”, “zərərçəkən” Ramil Seyidov “Futbolda imamlığının tanınmasını”, “zərərçəkən” Fuad Məmmədov “Ərəblərin belə bilmədiyi suallara Aqil Babayevin cavab verə bilməsini” və s. göstərən dəlil və sübut olmadan onlardan hansısa uydurulmuş məbləğdə pul almalarını deyirlər.
Bütün bu ifadələrdən göründüyü kimi, Aqil Babayevin həbsdə saxlanılmasına əsaslı səbəb gətirə bilmədiklərinə görə “zərərçəkən” şəxslər hansısa qüvvələrin himayəsi ilə ona “möcüzəvi insan” möhürü vuraraq və məntiqsiz, ağıla sığmayan açıqlamalar verərək, məhkəməni və dövlət qurumlarını ələ salıb yormaqla məşğuldurlar. Bundan əlavə, həmin “zərərçəkmiş” şəxslər qəsdən planlı şəkildə məhkəmənin gedişinə də süni maneələr törədərək, təqsirləndirilən şəxsi və vəkillərini söyüş-təhqir edib, hücum taktikasında olaraq işin obyektiv araşdırılmasına mane olurlar.
Bunu da qeyd etmək lazımdır ki, ittiham tərəfindən çıxış edən şahidlərindən biri Layiq Şıxəliyev Aqil Babayevdən şikayət edən öz qohumunun yalanını dolayısı yolla üzə çıxarsa və Aqil Babayevin dediklərini təsdiq etsə də, digər şahid və zərərçəkənlərin məhkəməyə məcburi gətirilmə qərarı ilə belə işə cəlb edilməsi mümkün olmayıb.
Lakin müdafiə tərəfi 4 şahidin dindirilməsi ilə bağlı vəsatət verməsinə baxmayaraq, hakim ancaq 1 şahidin dindirməsi vəsatətini qəbul edib. Şahid qismində çıxış edən T.Dadaşovaya vəkilin “Aqil Babayevi necə tanıyırdız” sualına bildirib ki, “Aqil Babayevi savadlı, alicənab insandır. "Şaurma N1" şəriki kimi 2013-cü ildə “Şaurma N1" Elmlər filialında mühasibatlıq şöbəsində işləyəndən sonra tanıdım”. Vəkilin zəkatın paylanılması ilə bağlı sualına isə T.Dadaşova bildirib ki, “Hər ayın 15-i zəkatları xanımlara mən paylayırdım. Zəkat paylamaq təşəbbüsünü işsiz olduğum vaxt və maliyyə işlərində təcrübəm olduğuna görə mənə Rövşən Kave tapşırmışdı. Hər ay ən azı 15, maksimum isə 22-23 nəfər qadına paket şəklində 200 manat məbləğində zəkat paylayırdım. Bunu təsdiq edən qadınların isimləri və Rövşən Kavenin xətti ilə zərfləri dəlil kimi məhkəməyə təqdim edə bilərəm. Mən zəkatı 2011-ci ildən 2021-ci ilin may ayına kimi Rövşənin verdiyi siyahı üzrə paylamışam. Hər ay ən azı 4000-5000 manat civarında pul paylayırdım”. Rövşən Kave üzləşmədə bildirib ki, zərflərin üzərini özü yazmayıbdır, lakin şahid T.Dadaşovanın “Ekspertiza təyin edilsə, bu xəttin kimə aid olduğu dəqiq bilinəcəkdi” deyə cavab verdikdən sonra Rövşən Kave 4-5 nəfərə payladığını etiraf edibdir.
Belə ki, hakim Eldar İsmayılovun ancaq T.Dadaşovanın vəsatətinin qəbul etməsi, T.Dadaşovanın da həqiqətləri deyərək hər ay yığılan zəkatın paylanılmasını etiraf etməsi və beləliklə də Aqil Babayevin işi üzrə ittiham edildiyi CM-in 178.4 maddəsinin dispozisiyasının əlamətlərinin olmaması göz önündədirsə, “Aqil Babayevin hələ də həbsdə saxlanılmasında maraqlı şəxslərin hansı qanuna tabe olması” sualı yaranır".
Qeyd edək ki, hazırda iş üzrə məhkəmə prosesi davam edir.
MİA.AZ
İki il əvvəl dağıntılar altında qalan 25 nəfərin cəsədi çıxarıldı - Biri jurnalistin meyitidir
"Fənərbağça"nın qolkiperi Polşaya gedir
Mərc oyunları ilə bağlı istintaq: 30 hakim "qara siyahı"ya alındı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - Ermənilər Bakıda hakim qarşısında
Zaxarova: "Biz ABŞ-ın Karib dənizindəki hərəkətlərini izləyirik"
Rusiya XİN: "Ukrayna böhranının həlli ilə bağlı ABŞ-la danışıqlarda irəliləyiş var"
Azercell “Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” sosial təşəbbüsünə start verib
Səfirin diplomu ilə bağlı qalmaqal - Diplomat saxlanıldı və...
BU MƏHKƏMƏLƏRƏ SƏDR VƏ HAKİMLƏR TƏYİN EDİLDİ - Sərəncam + SİYAHI
Azərbaycan vətəndaşı Qazaxıstanda həbs edilib
Prezident "Daxili qoşunlar haqqında" qanunu təsdiqləyib - Detallar
Həbs olunan aparıcının bacısı danışdı: "Arxasındayıq, ona güvənirik"
Jurnalist Barış Terkoğlu saxlanılıb
Rəsmi Moskva: "ABŞ-dan göndərilən sülh planını təhlil edirik"
Karen Avanesyana hökm oxunub
Ağdam şəhərinə 308 nəfər köçürülüb (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Gələn il kommunal xidmətlər qalxacaq? - Açıqlama
Dekabr ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Səidə Bəkirqızı "Space TV" ilə yollarını ayırıb
"Xətaidə ağaclar gecə saatlarında yandırılaraq yox edilir" - Deputat sakinlərin problemlərini dinlədi və....
"Fənərbağça" prezidenti sərbəst buraxıldı - 2 saatlıq ifadə və 20 dəqiqəlik məhkəmə qərarı ilə
"Fənərbağça", "Beşiktaş" və "Antalyaspor" cəzalandırılacaq
"Yeni Malatyaspor" mövsüm bitmədən liqadan "yuvarlandı"
Oqtay Əsədovun qızı vəfat edib
Silah alveri edən cinayətkar dəstənin üzvləri tutulub
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
PREZİDENT DÖVLƏT PROQRAMINI TƏSDİQLƏDİ - 5 illik
Bakıda beşmərtəbəli yataqxanada yanğın olub (Yenilənib)
Bibiheybət yolunda maşınların hərəkəti məhdudlaşdırılacaq - Açıqlama
"Balaca Heydərin iki oğlu var" - Prezident İlham Əliyev (VİDEO)
Mərkəzi Bank: "Poblemli kreditlər artıb"
Bakıda yağış, rayonlarda qar yağacaq - Sabahın hava proqnozu
İsrail Livanın cənubuna bir maşıənı vurub
Eyyubov qardaşlarının dəbdəbəli biznesi – FOTO
Ankarada qəzaya uğrayan təyyarənin pilotunun son sözü nə olub? - Detallar açıqlanır
Ali Məhkəmənin Plenumunun növbəti iclası: nələr müzakirə olunub?