Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
26-07-2023 [00:02]
Qoç - sizə maraqlı təsir bağışlamayan işlərdə belə, uğura nail ola bilərsiniz. Bütün diqqəti önəmli məsələlərə yönəldin. Detallar və təfərrüatları gözdən qaçırmayın. Xeyli əvvəl əldə etdiyiniz təcrübə karınıza gələcək. Yaxın ətrafınızdakı insanlar bilik və bacarıqlarınızı, dünyagörüşünüzü dəyərləndirəcəklər. Axşam saatları yaxınlarınızla təmaslar, ailəvi tədbirlər üçün əlverişlidir. İnsanların gur olduğu yerə getməyin. İzafi diqqət sizi usandıracaq.
Buğa - gün sakit keçəcək. Vurnuxmalar, təlaşlar, ciddi problemlər olmayacaq. Bir zamanlar məhsuldar əməkdaşlıq etdiyiniz insanla münasibətləri bərpa edə bilərsiniz. Unutmalı olduğunuz insanla təmasları yenidən gündəmə gətirməyin. Hisslərinizi araşdırın, nə istədiyinizi konkretləşdirin.
Günün ikinci yarısı səfər və ya səyahət üçün sərfəlidir. Yolda sərf etdiyiniz vaxt sizi yormayacaq, usandırmayacaq. Müqavilə və anlaşmalar üçün əlverişli zamandır. Alış-verişdə simiclik etməyin.
Əkizlər - gün problemlər və çətinliklərdən xali deyil. Problemlərin həllində yaradıcı yanaşma nümayiş etdirin. Orijinal qərarlar, məqsədə doğru qeyri-adi irəliləyiş sizə uğur qazandıracaq. Yaxın ətrafınızdakı insanların əksəriyyəti sizi anlamır, dəstəkləmirlər. Amma ağır situasiyalarda ruhdan düşməyib geri çəkilməsəniz, nailiyyətləriniz ciddi olacaq.
Sevdiyiniz insanla münasibətlərdə günün ikinci yarısında problemlər yarana bilər. Qısqanclıq harmonik münasibətlərə zərbə vurmamalıdır. Dəvət aldığınız tədbirdə diqqət mərkəzində olacaqsınız. Naqolay vəziyyətə düşməməyə çalışın.
Xərçəng - çətinliklər və problemlər istisna deyil. Gün uğurlar vəd edir. Kəskin zərurət olmadığı situasiyalarda riskə getməyin. Mənasız və səbəbsiz itkilərə yol verməyin. Maliyyə məsələləri ilə bağlı qərarlar vermək, alış-verişdə böyük məbləğdə pul xərcləmək məsləhət deyil.
Günün ikinci yarısında şəxsi münasibətlər və ya yaşam tərzinizlə bağlı məsələləri yaxınlarınızla müzakirə edin. Mühüm məsələləri etibarlı adamla müzakirə etmək olar. Eqoizm və təşəxxüsün, təkəbbürün istənilən formada izharı ciddi problemlər yarada bilər. Səhhətinizə fikir verin. Ağrılar yaranarsa, həkimə müraciət edin. Türkəçarə üsulları seçməyin.
Şir - günün ilk yarısı önəmli işlər üçün əlverişli deyil. Cari və rutin məsələlərin həlli ilə məşğul olun. Bir qədər əvvəl başladığınız işi başa vurun, yarımçıq layihələri bitirin. İşdə və evdə qayda yaratmaq gərəkdir. Ən müxtəlif layihələrin gerçəkləşdirilməsi istiqamətində ilk addımları atın. Praktiki davranın, məqsəd və hədəfləri konkretləşdirin.
Günün ikinci yarısında alış-verişə yollanmaq olar. Yaxınlarınızla münasibətləri harmonik edin. İxtilaf və qarşıdurma riskini minimuma endirin. Ən həssas insanlar belə sizi soyuqqanlı və qaba davranışda suçlamamalıdır.
Qız - günün ilk yarısı nisbətən sakit keçəcək. Həddən artıq əhəmiyyətli, mühüm hadisələr baş verməyəcək. Saatlar keçdikcə problemlər ağırlaşır xoşagəlməz olay riski artır. İşdəki mühit ürəkaçan deyil. Rəhbərlik və həmkarlarla vacib məsələləri müzakirə etməyə dəyməz. Cəsur ideyaları, ekstravaqant planları gündəmə gətirməyin. Sizi anlamayacaqlar.
Günün ikinci yarısı müstəqil çalışmaq və yaradıcılıq fəaliyyət üçün əlverişlidir. Situasiyadan tez baş çıxarmağa çalışın. Həddən artıq diqqət tələb edən işlərlə başlamaq olar. Ünsiyyət isə sizi sevindirmək əvəzinə yoracaq.
Tərəzi - günün ilk yarısında önəmli işlərə və ya genişmiqyaslı layihələrə başlamaq məsləhət deyil. Rutin işlərlə məşğul olun, cari məsələləri həll edin. Maraqlı ideyalardan birini reallaşdırmağa hazırlaşın.
Saatlar keçdikcə işgüzar aktivliyin səviyyəsi artacaq. Enerjinizi gərəkli istiqamətə yönəltsəniz, yaxşı nəticələr hasil edəcəksiniz. Günün ikinci yarısında önəmli saydığınız işlə məşğul olmaq olar.
Axşam saatları dostlarla görüş və ailəvi tədbirlər üçün əlverişli zamandır. Sevdiyiniz insanları həddən ziyadə tənqid etməyin. Narazılığınızı pərdələməyə, ört-basdır etməyə çalışın. Həlim və qayğıkeş olmayın.
Əqrəb - günün ilk yarısı çətin, xüsusi diqqət tələb edən işlər üçün münasib zamandır. Detalları və xırda təfərrüatları nəzərdən qayırmayın. Səbrlə çalışın, sakit davranın. Ötən həftə başladığınız işi bitirin. İndi sonuca nail olmaq çətin deyil. İşgüzar danışıqlar pis keçməyəcək.
Günün ikinci yarısında əhvalınızda dəyişikliklər, emosional diskomfort istisna deyil. Hisslərinizi nizama salın. Özünüzü həddən ziyadə tənqid etməyin. Çoxdan unutmağınız gərəkən kiçik səhvləri xatırlayaraq bədbinliyə qapılmayın.
Oxatan - gərgin və mürəkkəb gündür. Yaxınlarınızla münasibətlərinizi qoruyun, təmasların sərinləməsinə imkan verməyin. Fikir ayrılıqları və mübahisənin münaqişəyə çevrilmə riski böyükdür. Diqqətli, sərvaxt, səbrli olun. Zərurət yaranarsa, güzəştə getməyi bacarın.
Yaşıdlarınız və özünüzdən kiçiklərlə təmaslar zamanı qayğıkeş olun. Günün ikinci yarısında müsbət təmayüllərin təsiri güclənəcək. Maraqlı ideyalar yaranacaq. Başladığınız işi başa vura bilərsiniz. İntuisiyanızın səsinə qulaq asın. Düşünülməmiş addımlar atmayın.
Oğlaq - müsbət təmayüllərin təsiri güclüdür. Nəzərdə tutduğunuz işi başa vura bilərsiniz. Müstəqil çalışın, kimsədən yardım və dəstək gözləməyin. Yaxın ətrafınızdakı insanlara da yardım etməyə çalışın. Nüfuzlu insanlarla danışıqlar və müzakirələr apara bilərsiniz. Dövlət qurumlarına baş çəkmək, sənədləşdirmə ilə məşğul olmaq üçün əlverişli zamandır.
Günün ikinci yarısında yaxınlarnız sizi xoş xəbərlərlə sevindirəcəklər. Ailə üzvlərinin sizə sürprizi var. Səyahətə və ya səfərə yollanmaq olar. Yol sizə müsbət emosiyalar vəd edir.
Dolça - günün ilk yarısında müsbət təmayüllərin təsiri güclü olacaq. Mühüm danışıqlar, müzakirələr, təhlillər üçün pis zaman deyil. Böyük ümidlər bəslədiyiniz məsələni rəğbət bəslədiyiniz insanla təhlil edə bilərsiniz. Başqalarına sürəkli yardım edərək öz işlərinizi unutmayın.
Səhhətinizin qeydinə qalın.
Günün ikinci yarısı yaşam tonusunun səviyyəsinin aşağı düşməsi zamanına çevrilə bilər. Yorucu, usandırıcı işlərlə məşğul olmayın. Alış-verişdə çox pul xərcləməyin. Bədxərclik ciddi problemlər yarada bilər.
Balıqlar - günün ilk yarısı istənilən səviyyədə işgüzar danışıqlar aparmaq üçün əlverişlidir. Peşəkar fəaliyyət müstəvisindəki məsələlərlə bağlı müzakirələr aparmaq, fəaliyyət planı hazırlamaq olar. Yanınızda etibarlı müttəfiq olarsa, pis deyil. Yeni tanışlara hələlik etibar etməyin. Onlar çox vədlər verəcək, amma sözlərinin üstündə durmayacaqlar. Məşğul olmağa hazırlaşdığınız işi qəflətən yarımçıq qoyaraq səfərə yollanmayın.
Mənəvi dəstəyə və yardıma ehtiyacı olan insanlar günün ikinci yarısında sizə can atacaqlar. Onların müraciətlərini qulaqardına vurmayın. Problemlər olsa da, emosional durumunuz tezliklə düzələcək.
Milli.Az
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon