“Neftçi” daha bir futbolçu ilə anlaşıb

img

23-07-2023 [11:21]


“Neftçi” daha bir futbolçu ilə anlaşıb.

Mia.az xəbər verir ki, macarıstanlı futbolçu Mark Tamaşla 2 illik müqavilə bağlanıb. 29 yaşlı mərkəz müdafiəçisi komandanın heyətində 4 nömrəli formanı geyinəcək.

Mark Tamaş Macarıstanın “Videoton” (2012-2013), “Puşkaş Akademiya” (2013-2015), “Dioşqyör” (2015-2020), Polşanın “Şlask” (2020-2022) və Rumıniyanın “Sepsi” (2022-2023) klublarında çıxış edib. Macarıstan milli komandasının heyətində 1 oyun keçirib. O, bu il “Sepsi”nin heyətində Rumıniya kubokunun və Superkubokunun qalibi olub.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl milli komandamızın üzvləri – qapıçı Emil Balayev, Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiçi və braziliyalı mərkəz müdafiəçisi Yuri Matiası transfer edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA