Azərbaycan Kubokunda 2023/2024 mövsümünün təqvimi açıqlandı

img

21-07-2023 [14:26]


Azərbaycan Kubokunda 2023/2024 mövsümünün təqvimi açıqlandı.

Mia.az xəbər evrir ki, kubokun 1/4 final görüşləri 2024-cü ilin yanvar-fevral aylarına təsadüf edəcək. Apreldə isə yarımfinalın həm ilk, həm də cavab qarşılaşmaları təşkil olunacaq.

Azərbaycan Kubokunun final matçı iyunun 2-də gerçəkləşəcək və bununla mövsüm başa çatacaq.

Azərbaycan Kuboku

18-19 noyabr: I təsnifat mərhələsi

28-30 noyabr: II təsnifat mərhələsi

19-20 dekabr: 1/8 final

30-31 yanvar 2024-cü il: 1/4 final, ilk oyunlar

6-7 fevral: 1/4 final, cavab oyunları

2 aprel: yarımfinal, ilk oyunlar

23 aprel: yarımfinal, cavab oyunları

2 iyun: Final

Qeyd edək ki, Azərbaycanda 2023/2024 mövsümünə avqustun 4-6-da keçiriləcək Premyer Liqanın I tur oyunları ilə start veriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA