Gəncədə avtoxuliqanlıq edən sürücü həbs olundu

img

21-07-2023 [11:43]


Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində toy karvanında avtoxuliqanlıq edərək ictimai asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücünü saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Mia.az-a bildirilib ki, Mustafa Əhmədovun "VAZ" markalı avtomobil ilə toy karvanında sürücülük hüququ olmadan, yollarda intizamsızlıq etməsi, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi, digər hərəkət iştirakçılarına təhlükə yaratması məlum olub. Şəxs barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə M.Əhmədov 18 sutka müddətinə inzibati qaydada həbs olunub.

Bundan başqa, keçirilən mütəmadi tədbirlərlə avtomobillərinə qanunsuz konstruksiya dəyişikliyi edən şəxslər barəsində də qanunamüvafiq tədbir görülüb. Qanunsuz dəyişiklik aradan qaldırıldıqdan sonra avtomobillərin istismarına icazə verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA