Argentinalı futbolçu "Qalatasaray"ın təklifini rədd etdi

img

20-07-2023 [10:43]


"Qalatasaray"ın Mario İkardindən sonra PSJ-dən dah abir argentinalı futbolçunu "qoparmaq" cəhdinə rədd cavabı verilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Qalatasaray" PSJ-nin ötən mövsüm icarə əsasları ilə "Yuventus"da çıxış edın argentinalı futbolçusu  Leandro Paredesə elçi düşüb. Lakin futbolç təklifə elə ilk danışıqda rədd cavabı verib.

İtaliya mətbuatı yazır ki, argentinalı futbolçu PSJ-də qalmaq istəsə də, onun bu tələbinə komandanın yeni baş məşqçisi Luis Enrike isti yanaşmayıb.

İddiaya görə, hazırda futbolçu ona daha sərfəli təklif verən "Latsio"ya gedəcək.

Xatırladaq ki, Argentinada “Boka Xuniors”da yetişən Paredes Avropada “Roma”, “Empoli”, “Zenit”, “Paris Sen-Jermen” və “Yuventus”un formalarını geyinib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA