Seçkilərdə yalnız reyestrindən keçmiş partiya üzvləri iştirak edəcək? - "Erkin Qədrili yalataqlanmaq üçün elə deyib"
19-07-2023 [15:56]
2023-cü ilin payız aylarında Azərbaycanda referendum keçirilməsi gözlənilir. Bu barədə Milli Məclisin deputatı Erkin Qədirli bildirib.
Onun sözlərinə görə, referendum konstitusion islahatlarla bağlı olacaq.
Söhbət hansı islahatlardan gedir?
Mia.az xəbər verir ki, məsələ ilə bağlı Bakıpost.az -a açıqlama verən siyasi ekspert Azər Qasımlı bildirib ki, payızda referendumun keçiriləcəyinə inanmır: "Erkin Qədrili referendum olacağını deyibsə, o demək deyil ki, olacaq. O, nə Mərkəzi Seçki Komissiyasındandır, nə prezidentdir, nə də Milli Məclisin sədri. O, sadəcə mövqeyini ifadə edib. İqtidara yaranmaq üçün onun etdiklərini müsbət formada təqdim etməyə cəhd edib. Bəli, bu bir cəhddir. Təbii ki, bizi aldada bilməz”.
A.Qasımlının sözlərinə görə, referendum keçirilsə belə hansısa ciddi islahatlar gözlənilmir: “Hansısa dəyişiklikləri islahat kimi qələmə vermək yanlışdır. İslahat hansısa formalaşmış sistemi dəyişməkdir. Bizdə isə heç vaxt sistem dəyişməyib. Referendum ola bilər. Konstitusiyada nə isə dəyişə bilərlər. Seçkilərin proporsional olması da gözlənilir. Əsas məsələ seçkilərin özüdür - keyfiyyəti, şəffaflığı, demokratikliyi, həqiqi rəqabətli qaydada keçirlməsi. Belə olarsa, müsbət yanaşaram. Lakin seçki institutu yoxdursa, ləğv edilibsə, saxtalaşdırılıbsa, dünyanın ən gözəl seçki sistemini gətirsək də, bir şey dəyişməyəcək".
O, qeyd edib ki, Azərbaycanda Qazaxıstandakı kimi 100 faiz proporsional sistem də tətbiq edilə bilər: "Bu isə ölkə üçün fəlakət olar. Seçki mövzusu hamı üçün qapanar. Seçkilərdə yalnız hakimiyyətin reyestrindən keçmiş partiya üzvləri iştirak edə biləcək. Digər insanların seçki hüququ əlindən alınacaq. Sistem demokratik olmayacaq”.
A.Qasımlı “Siyasi partiyalar haqqında” Qanunda çatışmazlıqlar olduğunu da deyib: “Türkiyədə partiya təşkil etmək üçün 30 nəfərin iştirakı və üzvlüyü tələb olunur. İngiltərə, Fransa, Avropanın əksər ölkələrində isə partiya yaratmaq üçün 0 üzvlük lazımdır. Qeydiyyat da formal xarakter daşıyır. Əsas məsələ ideologiyadır. Avropada sadəcə Rumıniya, Çexiya və Litvada üzvlük tələb olunur, Onlarda belə üzvlük sayı olduqca azdır və formal xarakter daşıyır. İtaliya kimi ölkələrdə isə üzvlük məsləsi yoxdur. Sadəcə, min nəfərdən imza toplayırlar. Onlar da həmin partiyanın üzvü olmur, sadəcə razılıq verirlər. Bizdə isə partiyalar barədə alınan qərarlar geriyə atımış addımlardır”.
MİA.AZ
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon