"Bavariya" "Fənərbağça"nın keçmiş oyunçusunu transfer elədi

img

19-07-2023 [00:15]


"Bavariya" "Napoli"də çıxış edən Kim Min-Jae ilə müqavilə imzalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə "Bavariya" açıqlama yayıb.

Bildirilib ki, Kim Min-jae ilə 5 illik müqavilə bağlanıb: "Kim Min Jae ilə 2028-ci ilə qədər müqavilə imzaladıq. O, artıq bizim komandanın oyunçusudur".

Transferdən sonra açıqlama verən futbolçu bildirib ki, "Bavariya"da oynamaq hər bir futbolçunun arzusudur: "Münhendə məni gözləyən hər şeyi səbirsizliklə gözləyirəm. Bu, mənim üçün yeni başlanğıc deməkdir. Burada təkmilləşməyə davam edəcəyəm. Mən burada daha çox çempionluq qazanmaq istəyirəm".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA