Məşhur futbolçu "Beşiktaş"la vidalaşdı

img

17-07-2023 [18:34]


“Beşiktaş”ın məşhur futbolçusu Nathan Redmond komanda ilə vidalaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə sosial media hesabında paylaşım edib.

Futbolçu Türkiyəyə gəldiyi gündən ona sevgi ilə dəstək olduğunu bildirib: ""Vodafone Park"da birlikdə yaşadığımız bütün oyunlarda hər zaman sevgi və dəstək göstərdiniz. Siz mənə dünyanın ən yaxşı azarkeşləri olduğunuzu anlatdınız. Sizi heç vaxt unutmayacağam. Bu, əslində, vida deyil, tezliklə görüşərik...".

Xatırladaq ki, 29 yaşlı futbolçu "Beşiktaş"da 28 matçda 6 qol vurub, 6 məhsuldar ötürmə edib. 

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA