Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı iş yerində canına qıydı

img

15-07-2023 [16:42]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin əməkdaşı iş yerində intihar edib.

Mia.az “Qafqazinfo”ya istinadən məlumat verir ki, hadisə Xəzər rayonu Binə qəsəbəsində yerləşən Binə Hidrometeorologiya Stansiyasında baş verib.

Həmin stansiyada meteorologiya texniki vəzifəsində çalışan 1986-cı il təvəllüdlü Elşən Salmanov iş otağında özünü asıb. Onun asılı vəziyyətdə qalmış meyitini iş yoldaşları aşkar edərək aidiyyəti üzrə məlumat veriblər.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA