Hava şəraiti kəskin dəyişəcək - Xəbərdarlıq

img

14-07-2023 [16:27]


Bakıda və Abşeron yarımadasında iyulun 16-dan 17-si səhərədək şimal-qərb küləyinin 15-18 metr/saniyə, arabir 20-25 metr/saniyəyədək güclənəcəyi gözlənilir.

Mia.az Hidrometeoroloji Proqnozlar Bürosuna istinadla xəbər verir ki,  iyulun 16-sı əsasən səhər və axşam, 17-də arabir yağış yağacağı gözlənilir.

Yarımadanın bəzi yerlərində leysan xarakterli, intensiv olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° aşağı enərək, 17-də gündüz 22-27° isti olacaq.

Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayım hava şəraitindən sonra iyulun 16-sı qərb rayonlarından başlayaraq 18-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir leysan xarakterli yağış yağacağı gözlənilir.

Əsasən Qazax-Gəncə, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi aran, Dağlıq-Şirvan, Lənkəran-Astara bölgələrində yağıntının intensiv və güclü olacağı, şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var.

Qərb küləyi arabir 15-20 metr/saniyə, ayrı-ayrı yerlərdə arabir 23-28 metr/saniyəyədək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA