Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
12-07-2023 [00:03]
Qoç - günün ilk yarısında yaranan problemləri həll etmək üçün baş sındırmalı olacaqsınız. Yaxın ətrafınızdakı insanların fikirlərini, mövqelərini nəzərə almasanız, ciddi səhvə yol verəcəksiniz. Hər şeyin necə olması barədə yalnız öz düşüncənizi absolyut həqiqət saymayın. Həmkarlar və işgüzar tərəfdaşlarla mübahisələr yarana bilər. Əks cins mənsubu ilə dil tapmaq çətindir.
Reallaşdıra bilmədiyiniz layihələrdən əl çəkmək üçün münasib zamandır. Sevincdən daha çox kədər gətirən münasibəti dayandırın. Maliyyə məsələlərində qayda yaradın. Bir qədər sonra pula ehtiyac yaranacaq. Hansı məbləğə sahib olduğunuzu dəqiq bilin.
Buğa - bütün planları düşündüyünüz təki gerçəkləşdirmək mümkün deyil. Şəraitin və işlərinizə qarışan insanların təsiri güclüdür. Durum əlverişli deyil. Xüsusi önəm verdiyiniz işi diqqətlə görün. Fikrinizi dağıtmayın. İşdə rəhbərliklə münasibətlərə yenidən baxmaq olar. Təmasları yaxşılaşdırın.
Yaxınlarınızla dil tapmaq asan deyil. Onların sizə qarşı xeyli iradları var. Münasibətlərdə harmoniyanı bərpa etməyin yolunu intuisiya göstərəcək. Sevdiyiniz insanla açıq danışmaqdan qorxmayın.
Əkizlər - çoxdan bəri həyata keçirmək istədiyiniz planı reallaşdırmağın zamanıdır. Məqsədə çatmaq üçün gərəkli saydığınız bütün vasitələrdən istifadə edə bilərsiniz. İstədiyinizi etməkdən çəkminməyin. Ətrafınızdakı insanlar sizə qarşı çıxsalar da, bəzi ideyalarınızı pis hesab etsələr də, irəliləməkdən qalmayın. İşgüzar fəaliyyət məsələləri şəxsi münasibətlərə qarışmamalıdır. Yeni təmaslar başlana bilər.
Yaşamınızda yeniliklər və müsbət dəyişikliklər etməyə başlayın. Qida rasionunuzda zərərli vərdişlərdən əl çəkin, sağlam təamları seçin.
Xərçəng - əvvəllər başladığınız işi mütləq şəkildə başa vurun. Uzun müddətdən bəri çalışdığınız, səy göstərdiyiniz sahədə məqsədə çata bilərsiniz. Köhnə işgüzar əlaqələrin bərpasına can atın. Belədə yeni imkanlarla qarşılaşacaqsınız. Nüfuzlu şəxslər, dövlət qurumlarının nümayəndələri ilə təmaslar məsləhət deyil.
Səfərə yollanmaq olar. Məqsəd şübhəli, yanınızdakı insanlar isə yaxşı tanımadığınız şəxslər olsa da, niyyətinizdən əl çəkməyin. Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər olmayacaq.
Şir - o qədər də xoş olmayan gündür. İş heç də adi günlərdən fərqli olan problemlərdə və ya çətinliklərdə yox, ətrafınızda baş verənlərə münasibətinizdədir.
Hər xırda iş sizi ifrat dərəcədə qıcıqlandırmasın. İşdə həmkarlarınızla münasibətlərinizdə qıcıqlı davranmayın. Yaxınlarınız sanki səbrinizi sınağa çəcəklər. Əldə olunmuş qələbələr və uğurlar da sizi sevindirməyəcək.
Səfər və səyahət imkanları da sizi sevindirməyəck. Halbuki nikbin olmaq gərəkdir. Səyahət uğurlu alına bilər. Dəvət aldığınız tədbirə, insanların gur olduğu yerə yollanmayın.
Axşam saatlarını ailə üzvləri ilə bir keçirin. Ən azı ona görə ki, onlar zəifliklər və nöqsanlarınıza bələddirlər.
Qız - qarışıq, laübəli, mürəkkəb gündür. Faydalı işlə məşğul olmağa çalışsanız da, ətrafdakı şəxslər buna mane olmağa can atırlar. İşləri yarımçıq qoymayın. Bir məsələni başa vurmamış digər məqamın çözülməsinə başlamayın. Emosional fon stabil deyil. İncik, dəymədüşər olmayın. Sizi sevən insanın qəlbinə dəyməyin.
Plandaşdırılan işlərin hamısını reallaşdırmaq asan deyil. Diqqətli olun. Olaylara nüfuzlu insanların müdaxiləsi və ya uğursuz şərtlər sizi ruhdan salmasın. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün konkret addımlar atın.
Tərəzi - peşəkar fəaliyyət baxımından çox uğursuz zamandır. Çoxsaylı yanlışlıqlara yol verməyin. Hər şeyin yetərincə aydın və aşkar olduğu məqamlarda da səhv etməyin. Maliyyə və əmlak sənədlərinin qaydaya salınmasına başlasanız, çətinliklərlə qarşılaşacaqsınız.
Təxribatlara uymayın. Kimsəyə imkan verməyin ki, zəifliklərinizdən istifadə etsin Yaxın ətrafınızdakı insanların işlərinizə qarışmalarına son qoymaq üçün sərt davrana bilərsiniz. Yalançı günah hissinə qapılmayın. Kimsənin işlərinə mane olmadığınız üçün yolunuza davam edin.
Əqrəb - gün o qədər də uğurlu deyil. Başladığınız bir sıra işlərdə uğursuzluqlarla qarşılaşa bilərsiniz. Yardım istədiyiniz insanlardan mənfi cavab alanda inciməyin. Deyilən sözlərin, əlbəttə ki, bir səbəbi var. Nüfuzlu insanlarla mübahisə etməməyə çalışın. Münaqişə uzanarsa, itirən siz olacaqsınız. Həmkarlar və işgüzar tərəfdaşlarla maksimum dərəcədə diqqətli, sərvaxt davranın. Münasibətlərdə problem yaratmayın.
Yaxınlarınızın sizdən nə isə gizlətməyə çalışdıqlarını fikirləşərək həmin gizlini nəyin bahasına olursa-olsun, öyrənməyə çalışmayın. Çünki sizi narahat edən məsələ çox xırda məqamdır.
Oxatan - nüfuzlu insanlardan dəstək almaq şansı var. Üstün məziyyətlərinizi nümayiş etdirin, bilik və bacarıqlarınızı göstərin. Yeni layihələrə qatılın. Peşəkar fəaliyyət müstəvisində təşəbbüskar olun. İdeyalarınız qəbul olunur. Lakin onların hamısını dərhal reallaşdırmaq mümkün deyil.
Ətrafınızdakı insanlar sizi dəstəkləyəcəklər. Maraqlı imkanların sayı azalmayacaq.
Ciddi romantik münasibət başlana bilər. Təmasların sadə, rəvan yaşanmayacağına hazır olun.
Oğlaq - asan gün deyil. Yaşananlara sərt reaksiya verməyin, ən xırda məsələni ürəyinizə salmayın. Bütün bunlar diqqətli çalışmağa maneələr yarada bilər. İşdə rəhbərliyin sizə qarşı ciddi iddiaları yoxdur. Kiçik maliyyə itkiləri istisna deyil.
Yaşamınızda nəyisə köklü şəkildə dəyişmək, yaxınlarınızla münasibətləri aydınlaşdırmaq məsləhət deyil. Önəmsiz fikir ayrılıqlarını qabartmayın. Az sonra bu maneələr aradan qalxacaq. Planlaşdırılmamış alış-verişdən imtina edin.
Dolça - yeni, genişmiqyaslı işə başlamayın. Cari işlərlə məhdudlaşmağa çalışın. Kiçik və praktiki məsələləri həll etmək daha əfzəldir. Xatirələri bütün diqqəti işə yönəltməyə mane olmamalıdır. Alış-verişdə planlaşdırılmamış heç nə almayın. Hesablamalarda dəqiq olun. Səhv edə bilərsiniz. Soyuqqanlı olun, amma yaxın ətrafınızdakı insanlarla aranızda buz divar yaratmayın. Hisslərinizə nəzarət edin. Axşam saatlarını ailə üzvləri ilə keçirin.
Balıqlar - şübhəli və riskli işlərə qatılmayın. İnsanlara həddən ziyadə inanmayın. Aldığınız məlumatları yoxlayın. Yaxşı tanımadığınız insanların felinə düşməyin. İntuisiyanızın səsinə qulaq asın. Dəqiq davranın, səhvlərə yol verməyin.
Şəxsi münasibətlərdə hər şey istədiyiniz kimi deyil. İstək və arzularınız qarışıq olmasın. Sevdiyiniz insanı anlamağa çalışın. Bu gün başlanacaq romantik münasibətlər sevincdən daha çox problem verəcək.
Milli.Az
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...