Fikrət Məmmədov Penitensiar xidmətin yeni rəisini kollektivə təqdim etdi - FOTO
11-07-2023 [19:10]
Prezidentin Sərəncamı ilə ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi vəzifəsinə təyin olunan Mirsaleh Miradil oğlu Seyidov iyulun 11-də ədliyyə naziri Fikrət Məmmədov tərəfindən kollektivə təqdim olunub.
Ədliyyə Nazirliyindən Mia.az-a bildirilib ki, bununla bağlı Penitensiar xidmətin Baş idarəsinin rəhbər şəxslərinin, cəzaçəkmə müəssisələri rəislərinin, habelə nazirliyin digər aidiyyəti məsul işçilərinin və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən iclasda ədliyyə naziri çıxış edərək bu il 100 illiyini qeyd etdiyimiz ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu və ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən ədliyyə, o cümlədən penitensiar sistemdə aparılan mütərəqqi islahatlardan, məhkumların hüquqlarının qorunması üzrə görülən ardıcıl tədbirlərdən, əfv və amnistiya aktlarının geniş tətbiq olunaraq həyata keçirilən humanizm siyasətindən bəhs edib.
Dövlət başçısının cari ilin mayında Ümummilli Liderin yubileyi münasibətilə imzaladığı Əfv Sərəncamının müstəqillik dövrümüzün ən böyük əfv aktı olduğu bildirilib. Respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə elan edilmiş amnistiya aktları ilə minlərlə ailələrə sevinc bəxş olunduğu vurğulanıb.
Eyni zamanda, dövlət başçısının penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsinə dair Sərəncamının və məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi haqqında Fərmanının icrası, o cümlədən cəza siyasətinin humanistləşdirilməsi, həmçinin məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması üçün penitensiar infrastrukturun müasirləşdirilməsi üzrə görülən tədbirlərdən danışılıb.
İki il əvvəl dağıntılar altında qalan 25 nəfərin cəsədi çıxarıldı - Biri jurnalistin meyitidir
"Fənərbağça"nın qolkiperi Polşaya gedir
Mərc oyunları ilə bağlı istintaq: 30 hakim "qara siyahı"ya alındı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - Ermənilər Bakıda hakim qarşısında
Zaxarova: "Biz ABŞ-ın Karib dənizindəki hərəkətlərini izləyirik"
Rusiya XİN: "Ukrayna böhranının həlli ilə bağlı ABŞ-la danışıqlarda irəliləyiş var"
Azercell “Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” sosial təşəbbüsünə start verib
Səfirin diplomu ilə bağlı qalmaqal - Diplomat saxlanıldı və...
BU MƏHKƏMƏLƏRƏ SƏDR VƏ HAKİMLƏR TƏYİN EDİLDİ - Sərəncam + SİYAHI
Azərbaycan vətəndaşı Qazaxıstanda həbs edilib
Prezident "Daxili qoşunlar haqqında" qanunu təsdiqləyib - Detallar
Həbs olunan aparıcının bacısı danışdı: "Arxasındayıq, ona güvənirik"
Jurnalist Barış Terkoğlu saxlanılıb
Rəsmi Moskva: "ABŞ-dan göndərilən sülh planını təhlil edirik"
Karen Avanesyana hökm oxunub
Ağdam şəhərinə 308 nəfər köçürülüb (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Gələn il kommunal xidmətlər qalxacaq? - Açıqlama
Dekabr ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Səidə Bəkirqızı "Space TV" ilə yollarını ayırıb
"Xətaidə ağaclar gecə saatlarında yandırılaraq yox edilir" - Deputat sakinlərin problemlərini dinlədi və....
"Fənərbağça" prezidenti sərbəst buraxıldı - 2 saatlıq ifadə və 20 dəqiqəlik məhkəmə qərarı ilə
"Fənərbağça", "Beşiktaş" və "Antalyaspor" cəzalandırılacaq
"Yeni Malatyaspor" mövsüm bitmədən liqadan "yuvarlandı"
Oqtay Əsədovun qızı vəfat edib
Silah alveri edən cinayətkar dəstənin üzvləri tutulub
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
PREZİDENT DÖVLƏT PROQRAMINI TƏSDİQLƏDİ - 5 illik
Bakıda beşmərtəbəli yataqxanada yanğın olub (Yenilənib)
Bibiheybət yolunda maşınların hərəkəti məhdudlaşdırılacaq - Açıqlama
"Balaca Heydərin iki oğlu var" - Prezident İlham Əliyev (VİDEO)
Mərkəzi Bank: "Poblemli kreditlər artıb"
Bakıda yağış, rayonlarda qar yağacaq - Sabahın hava proqnozu
İsrail Livanın cənubuna bir maşıənı vurub
Eyyubov qardaşlarının dəbdəbəli biznesi – FOTO
Ankarada qəzaya uğrayan təyyarənin pilotunun son sözü nə olub? - Detallar açıqlanır
Ali Məhkəmənin Plenumunun növbəti iclası: nələr müzakirə olunub?