Naxçıvanda daha bir vəzifəli şəxs işdən çıxarıldı

img

11-07-2023 [15:39]


Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru işdən azad olunub.

Mia.az xəbər verir ki, Mərkəzin direktoru Zeynəb Natiq qızı Mənsumova tutduğu vəzifədən azad olunub.

Bununla bağlı Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxov müvafiq əmr imzalayıb.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən bundan sonra da əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsi üçün islahatlar davam etdiriləcək(Valyuta.az)


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:53 26.12.2025

Bu rayonlara qar yağır

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA