Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
11-07-2023 [00:03]
Qoç - yaxın ətrafınızdakı insanlara təsir imkanlarınızı olduğundan artıq dəyərləndirməyin. Kimsə sizinlə mübahisə edirsə və ya xahişlərinizi nəzərə almırsa, təəccüblənməyin. Mühüm işi yerinə yetirmək istəyirsinizsə, müstəqil hərəkət edir. Yardım və ya dəstək gözləməyin. Köməyi çox gec ala bilərsiniz. Maliyyə və əmlak məsələlərinin müzakirəsi, sənədləşdirmə üçün əlverişli zaman deyil.
Emosional fon əlverili deyil. Kiçik məsələlərə görə əsəbləşməyin. Hadisələr və anlaşılmazlıqların fəsadlarını fəlakət saymayın. Emosiyalarınıza hakim olun.
Buğa - yaxın ətrafınızdakı insanlarla dil tapmaq asan deyil. Onların sizi anlamadıqlarını, dəyər vermədiklərini düşünürsünüz. Bu adamlar sizdən şübhələnir, mühüm işin yerinə yetirilməsindən kənarlaşdırmaq istəyirlər.
Əslində belə deyil. Nigaranlıq və təlaşlarınız əbəsdir. Adi günlərdə fikir verməyəcəyiniz məqamları problemə çevirməyin. Günün ikinci yarısında əhvalınızın pisləşməsi, xroniki ağrıların kəskinləşməsi riski var. Profilaktik prosedurları unutmayın. Rasiona fikir verin.
Əkizlər - işgüzar təmaslar, mühüm danışıqlar üçün əlverişli gündür. İfrat səy göstərmədən nəmli məsələləri həll etmək olar. Sizə yardım edə biləcək insanları müəyyənləşdirin. Yeni tərəfdaşlarla əlaqələr qurmaq və əməkdaşlığa başlamaq olar. Yaşam potensialının səviyyəsi yüksəkdir. Yaxşı durumdasınız. Axşam saatlarında aktiv istirahəti seçin.
Xərçəng - maliyyə məsələləri baxımından əlverişli gündür. Gəlirlər az olmayacaq. Sövdələşmə və ya anlaşmadan yaxşı pul əldə edə bilərsiniz. Lakin saatlar keçdikcə işgüzar tərəfdaşlarla münasibətlərdə gərilmə hiss olunacaq. Qeyri-sağlam rəqabət yaranacaq. İntriqaların qurbanı olmayın. Uzun müddətdən bəri sizi dəstəkləyən insan rəqib və ya bədxahların tərəfinə keçə bilər. Narahat olmayın, ruhdan düşməyin. Müstəqil, təkbaşına çalışaraq uğura nail ola bilərsiniz. Yaxınlarınızla fikir ayrılıqları ola bilər. Xüsusilə də yaşlı qohumlarla dil tapmaq çətindir. Sərt danışaraq aqressiv davransanız, köhnə dostlardan birini itirə bilərsiniz.
Şir - işdə əhəmiyyətli uğurlar əldə edə biləcəksiniz. İrəliləyiş gözləntinizdən də artıq olacaq. Peşəkar fəaliyyət müstəvisində ciddi maneəyə çevrilmiş bir sıra problemləri çözə bilərsiniz. Nüfuzlu insanların dəstəyinə və ya hamiliyinə zərrə qədər ehtiyac yoxdur. Yardım aramayın. İdeyalarınız pis deyil. İşgüzar danışıqlar aparmaq, uzunmüddətli əməkdaşlıqla bağlı məsələləri müzakirə etmək olar. İstənilən işə ciddi yanaşın. Yaşlı qohumlarla ünsiyyət üçün əlverişli zamandır. Onlar sizi dinləyəcəklər.
Qız - həddən artıq ziddiyyətli, qarışıq, mürəkkəb, yorucu gündür. Yaşam potensialınızın səviyyəsi aşağıdır. Sakitlik və istirahət arzulasanız da, niyyətinizə çatmayacaqsınız. Yaxın ətrafınızdakı insanlar sizdən sürəkli yardım, dəstək istəyirlər. Müraciətlərin hamısını qulaqardına vurmayın. Amma başqalarının problemlərinin həlli ilə məşğul olub öz işlərizi unutmayın.
Günün ikinci yarısında yaxın qohumlardan biri ilə münaqişə ola bilər. Bu səbəbdən də birmənalı olmayan, mübahisəli məsələlərin nəzərdən keçirilməsini təxirə salın. Maliyyə itkiləri istisna deyil.
Tərəzi - pis emosional fonu olan gündür. Ətrafınızdakı insanlarla dil tapmaq asan deyil. İxtilaflar və fikir ayrılıqları ən kiçik məsələyə görə yaranaraq ciddi münaqişəyə çevrilə bilər. Çevik olun, güzəştlərə getməyi bacarın. İnadkarlıq səviyyəsində qətiyyət nümayiş etdirin. İmprovizasiyalara hazır olun. Əvvəlcədən hazırlanmış plana tam riayət etmək alınmayacaq. Qısa səfərlər uğurlu alınacaq. Böyük səyahətə başlamaq üçün münasib zaman deyil.
Əqrəb - ən xırda məsələyə görə əhvalınızı pozmayın. Maneələr və ya sədlər yaranarsa, ruhdan düşməyin, pessimizmə qapılmayın. Nikbin olun, qarşıda sizi gözləyən perspektivlərə doğru inamla irəliləyin. Əks təqdirdə bərbin olaraq daha da qıcıqlı və hirsli insana çevrilə bilərsiniz. Axşam saatlarına yaxın bir qədər tək qalmağa çalışın. Əsəblərinzi sakitləşdirin, maraqlı işlə məşğul olmağa çalışın. Heç bir halda işsiz oturmayın. Tənbəllik və süstlük sizi depressiyaya urcah edəcək.
Oxatan - ətrafınızdakı insanlarla, hətta ən yaxın şəxslərlə dil tapmaq asan deyil.Fikir ayrılıqları və ixtilafların sayı artır. İstənilən mübahisə münaqişəyə və ya qarşılıqlı irad mübadiləsinə çevrilə bilər. Səbrli, təmkinli olun. Münaqişəli situasiyalarda soyuqqanlı davranın.
Ciddi güzəştlərə getməli olacaqsınız. Amma işin xətrinə bunu etmək olar. Ağır fiziki iş məsləhət deyil. Səyləriniz gözlənilən nəticəni verməyəcək. Axşam saatlarında gəzintiyə çıxın.
Oğlaq - işgüzar maraqların şəxsi münasibətlərlə kəsişdiyi gündür. Başqaları belə situasiyada bəlkə də özlərini itirərdilər. Amma siz qətiyyətli olun, uğura nail olmağa çalışın. Yeni münasibətlər müsbət emosiyalar verəcək. Təmaslar peşəkar maraqlar sarıdan önəm daşıyır. Anlaşma və sövdələşmələr üçün pis gün deyil.
Ekstravaqant addımlar ata bilərsiniz. Problemlərin həllində orijinal olun, diqqəti cəlb edin. Sizə rəğbət bəsləyənlərlə yanaşı, paxıllıq edənlərin sayı da artır. Paxıllardan uzaq durun. Onlar sizə zərbə vura bilərlər.
Dolça - yaşam sizə asan gəlməsin və onu çətinləşdirməyə çalışmayın. Ünsiyyət zamanı xasiyyətinizin ən pis məqamlarını bilərəkdən nümayiş etdirməyin. Münaqişələr yaratmayın. Rifahınızı düşünən insanların xətrinə dəyməyin. Sizi düşünənləri incik salmayın.
Fiziki iş zamanı ehtiyatlı olun. Travma riskinin artdığı bir zamandır. Mürəkkəb avadanlıq və ya qurğular adi günlərdən fərqli olaraq daha tez-tez sıradan çıxırlar. Maliyyə məsələləri baxımından uğursuz gündür. İtkilər riski artır.
Balıqlar - bir yerdə dayana bilmirsiniz. Yeni macəra, təəssürat arayırsınız. Başladığınız işləri yarımçıq qoymayın. Qeyri-standart məsələlərin öhdəsindən gəlin, çətin problemləri çözməyə çalışın. Peşəkar fəaliyyət sahəsində yeniliklər, şəxsi münasibətlərdə dəyişikliklər ola bilər. Olaylar qəfil, amma xoşagələndir.
İşlər çoxdur. Axşam saatlarına yaxın yorulacaqsınız. Orqanizmi sınağa çəkməyin. Ağır fiziki işdən, yağlı yeməklərdən imtina edin.
Milli.Az
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...