Bələdiyyə sədrləri cərimələnib

img

10-07-2023 [11:19]


Tovuzda bələdiyyə sədrləri cərimələnib.

Mia.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadla xəbər verir ki, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə iyulun 6-da Tovuz rayonu ərazisində keçirdikləri tədbir zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə Tovuz rayon, Aşağı Öyrüslü, Yuxarı Öyrüslü, Cırdaxan və Qovlar kənd bələdiyyələrinin sədrləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:53 26.12.2025

Bu rayonlara qar yağır

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA