Nazirliyin mətbuat katibi, yoxsa...? - AFFA-nın mətbuat xidmətinin rəhbəri uğrunda gərgin mübarizə gedir

img

07-07-2023 [14:07]


"Firuz abinin (klubun yeni icraçı direktoru-Mia.az_ “Səbail”ə keçidindən sonra vakant olan AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri vəzifəsinə üç can atan namizəd var".
 
Mia.az
xəbər verir ki, bu sözləri Matç. az saytının Baş redaktoru İxtiyar Əsgərov deyib.

Baş redaktorun fikrincə, illərdir Assosiasiyada çalışan və ya çalışmış dəyərli insanlar - Törə xanım Əhmədova, Etibar Tağıyev və Mahal Məmmədovun təyinatı çoxlarının ürəyincə olar: "İddialı isə Gənclər və İdman Nazirliyinin mətbuat katibi Qabil Mehdiyevdir. Deyəsən, Polşa səfərində bəzilərinin biabırçı əməlləri Fərid Qayıbovun qəzəbinə tuş gəldiyindən, Mehdiyev cənabları iş yerini dəyişmək fikrinə düşüb...".

Qeyd edək ki, AFFA-nin mətbuat katibi vəzifəsinə "Qarabağ"dan ayrılan Gündüz Abbaszadənin də adı çəkilir.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR