Ekspert: "Emin Əmrullayev necə desin ki, bu məmləkətdə “uğur hekayəsi” məmur qalstuku və kreslosu ilə düz mütənasibdir"
07-07-2023 [11:24]
“Elm və təhsil naziri Emin Əmrullayevin ictimai çıxışlarını, problemləri açıq şəkildə dilə gətirməsini bəyənirəm, açığı, sosial şəbəkələrdə, bəzi media orqanlarında bu açıqlamaları zarafata salırlar, məğzini tutmurlar”.
Bu barədə iqtisadçı Natiq Cəfərli feysbuk səhifəsində yazıb.
Ekspert bildirib ki, nazirin səhvi ondadır ki, nəticədən danışır, səbəblər haqqında danışmır, ya da, danışa bilmir:
“Onun deyə bilmədiklərini mən deyim, imkanları olsa cavab verərlər.
Emin Əmrullayev, sitat: “Biz savadsızlığa qarşı total reaksiya vermirik, bu problemi nazirlik tək həll edə bilməz. Burada cəmiyyətin məsələyə münasibətləri köklü şəkildə dəyişməlidir. Dəyişməsə təhsil prosesində də keyfiyyəti tam mənası ilə yüksəltmək mümkün olmayacaq”.
Nazir demək istəyir, amma deyə bilmir ki, təhsil əmək bazarı və iqtisadiyyatla sıx bağlıdır. Total inhisarşılıq və məmur biznesinin hegamon olduğu iqtisadi modeldə təhsilin önəmi qalmır, əmək bazarı təhsildən daha çox şəxsi əlaqələrlə formalaşır. Emin müəllimin fikrindən keçib deyə bilmədiyi digər məsələ də odur ki, tələbələrin 87%-i Universitetlərdən sonra dövlət-hökumət oqranlarında işləmək istəyir, çünki bu məmləkətdə “uğur hekayəsi” məmur qalstuku və kreslosu ilə düz mütənasibdir. Cənab Əmrullayev necə desin ki, lap tutalım, əla savadlı tələbələr yetişdirdik, onları ölkədə necə saxlayacağıq?! Məmləkətin nə cəlbediciliyi var ki, yüksək təhsillilər burada qalsınlar?!“.
Cəfərli əlavə edib ki, nazir ibtidai sinif müəllimlərinin səviyyəsindən də şikayət edib:
“Amma bu da nəticədir – indi durub desin ki, illərdir Pedaqoji Universitetlərdə keçid balı hər dəfə aşağı salınır, ən az savadı olanlar müəllim olub məktəblərə dönür və daha da az savadlı şagirdlər yetişdirirlər.
Bütün bunları cənab nazir necə desin?! Desə, gərək sonda əlavə etsin ki, bütün bunlar sistem problemidir, sistemi dəyişmək lazımdır… “(Azinforum.az)
Türkiyə futbolunda qumar: daha 29 nəfər qandallandı - Aralarında məşhur "Qalarasaray"lı da var
Lənkəranda dələduzluq edən şəxs tutulub
Bu rayonlara qar yağır
"Gmail"də dəyişiklik - Artıq E-poçt ünvanları dəyişdirilə biləcək
"McDonald’s"ın reklamı yalan çıxdı
İki il əvvəl dağıntılar altında qalan 25 nəfərin cəsədi çıxarıldı - Biri jurnalistin meyitidir
"Fənərbağça"nın qolkiperi Polşaya gedir
Mərc oyunları ilə bağlı istintaq: 30 hakim "qara siyahı"ya alındı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - Ermənilər Bakıda hakim qarşısında
Zaxarova: "Biz ABŞ-ın Karib dənizindəki hərəkətlərini izləyirik"
Rusiya XİN: "Ukrayna böhranının həlli ilə bağlı ABŞ-la danışıqlarda irəliləyiş var"
Azercell “Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” sosial təşəbbüsünə start verib
Səfirin diplomu ilə bağlı qalmaqal - Diplomat saxlanıldı və...
BU MƏHKƏMƏLƏRƏ SƏDR VƏ HAKİMLƏR TƏYİN EDİLDİ - Sərəncam + SİYAHI
Azərbaycan vətəndaşı Qazaxıstanda həbs edilib
Prezident "Daxili qoşunlar haqqında" qanunu təsdiqləyib - Detallar
Həbs olunan aparıcının bacısı danışdı: "Arxasındayıq, ona güvənirik"
Jurnalist Barış Terkoğlu saxlanılıb
Rəsmi Moskva: "ABŞ-dan göndərilən sülh planını təhlil edirik"
Karen Avanesyana hökm oxunub
Ağdam şəhərinə 308 nəfər köçürülüb (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Gələn il kommunal xidmətlər qalxacaq? - Açıqlama
Dekabr ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Səidə Bəkirqızı "Space TV" ilə yollarını ayırıb
"Xətaidə ağaclar gecə saatlarında yandırılaraq yox edilir" - Deputat sakinlərin problemlərini dinlədi və....
"Fənərbağça" prezidenti sərbəst buraxıldı - 2 saatlıq ifadə və 20 dəqiqəlik məhkəmə qərarı ilə
"Fənərbağça", "Beşiktaş" və "Antalyaspor" cəzalandırılacaq
"Yeni Malatyaspor" mövsüm bitmədən liqadan "yuvarlandı"
Oqtay Əsədovun qızı vəfat edib
Silah alveri edən cinayətkar dəstənin üzvləri tutulub
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
PREZİDENT DÖVLƏT PROQRAMINI TƏSDİQLƏDİ - 5 illik
Bakıda beşmərtəbəli yataqxanada yanğın olub (Yenilənib)
Bibiheybət yolunda maşınların hərəkəti məhdudlaşdırılacaq - Açıqlama
"Balaca Heydərin iki oğlu var" - Prezident İlham Əliyev (VİDEO)
Mərkəzi Bank: "Poblemli kreditlər artıb"
Bakıda yağış, rayonlarda qar yağacaq - Sabahın hava proqnozu