Rusiyanın daha bir saytı bloklandı - Azərbaycanda

img

04-07-2023 [12:04]


Azərbaycan ərazisində daha bir Rusiyanın informasiya agentliyin saytının bloklandığı bildirilir.

Mia.az "Turan"a istinadla bildirir ki, "Eurasia Daily" informasiya agentliyinin internet saytına (eadaily.com) giriş iyulun 3-dən Azərbaycanda məhdudlaşdırıldı.

Ona giriş yalnız VPN proqramları ilə mümkündür.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən "Turan"a bildirilib ki, məsələ ilə bağlı açıqlama veriləcək.

Məsələ ilə bağlı Eurasia Daily saytının məsul şəxslərindən münasibət öyrənmək mümkün olmayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR