Fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 32, elmlər doktoru dərəcəsi almaq istəyən 7 nəfərə "yox" deyildi

img

03-07-2023 [11:04]


İyun ayında 39 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.

Mia.az Prezident yanında Ali Attestasiya Komissiyasına istinadla xəbər verir ki, həmin müddətdə 77 nəfərə fəlsəfə doktoru, 11 nəfərə elmlər doktoru dərəcəsi verilib. Fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 32 nəfərə, elmlər doktoru dərəcəsi almaq istəyən 7 nəfərə isə imtina cavabı gəlib.

Bundan başqa, keçən ay 16 nəfərə dosent, 7 nəfərə professor elmi adı verilib. Dosent elmi adı almaq istəyən 12 nəfərə imtina verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:53 26.12.2025

Bu rayonlara qar yağır

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA