"Bakcell" Qurban bayramı ilə bağlı şəhid və qazi ailələrinə dəstək göstərib - FOTO

img

28-06-2023 [16:05]


"Bakcell" şirkəti Qurban bayramı münasibətilə şəhid və qazi ailələrinə bayram payı təqdim edib.

Mia.az xəbər verir ki, Xəzər Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə həyata keçirilən bu təşəbbüs çərçivəsində, "Bakcell" şirkəti şəhid və qazi ailələrinə baş çəkib, onlara şirkət adından bayram sovqatları verilib.

Beləliklə, "Bakcell" tərəfindən 170-dən çox şəhid və qazi ailəsinə yardım edilib.

"Bakcell" sosial və digər təşəbbüslər vasitəsilə Azərbaycan vətəndaşlarına, xüsusilə də həssas əhali qruplarına dəstək göstərməyə davam edəcək.

Qeyd edək ki, şirkət “NEQSOL Holding”in tərkibinə daxildir.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:53 26.12.2025

Bu rayonlara qar yağır

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA