38 yaşlı şəxs kanalizasiya quyusunda öldü (Yenilənib)

img

27-06-2023 [13:43]


İyunun 27-də Mingəçevir şəhər sakini 1985-ci il təvəllüdlü Ceyhun Əhmədovun quyuya yıxılaraq ölməsi faktı üzrə Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılır.

Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisənin baş vermə səbəbi tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

***

Mingəçevir şəhərində kanalizasiya quyusundan meyit tapılıb.

Mia.az Report-a isinadla xəbər verir ki, meyitin şəhər sakini, 1985-ci il təvəllüdlü Ceyhun Əhmədova aid olduğu məlum olub.

Onun quyuya düşərkən qarın nahiyəsinə armatur batması nəticəsində öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:53 26.12.2025

Bu rayonlara qar yağır

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA