Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
26-06-2023 [00:08]
Qoç - bacarıqlarınızı nümayiş etdirməkdən çəkinməyin. Enerjili olun, yaşananların mahiyyətini anlamağa çalışın, proseslərlə maraqlanın. Əldə etdiyiniz nailiyyətlərlə kifayətlənməyin, yeni üfüqlərə can atın. Həddən artıq eqoist olmayın. Yaxın ətrafınızdakı insanların qayğısına qalın. Sevdiyiniz insanın dediklərinə qulaq asın. Həmfikirlərlə birlikdə çalışarkən onların mövqelərini qulaqardına vurmayın. Axşam saatlarında konkret məsələləri müzakirə etmək olar. Normal istirahət edin.
Buğa - dünyagörüşünü artırmaq, təcrübənizi daha səbatlı etmək üçün əlverişli zamandır. Kiçik problemlər sizi pəjmürdə etməsin. İnert və mühafizəkar olmayın. Ən cüzi yenilik sizdə təşviş yaratmasın.
Ünsiyyətdə rahat davranın. Yeniliklərdən çəkinməyin. Novasiyalar az sonra işinizdə karınıza gələ bilər. Yaxın ətrafınızdakı insanlardan birinin sizinlə manipulyasiya etməsinə yol verməyin. Çevik, qıvraq olun. İntellekti işə salın, süst davranmayın.
Əkizlər - "əsas məsələ qələbə yox, iştirakdır" fəlsəfəsinə əsla varmayın. Rəqibləri üstələməyə, bədxahları geridə qoymağa çalışın. Diqqətli olun, ciddi səhvlərə yol verməyin. Ümumi işlərlə bağlı situasiyanı təkbaşına nəzarət altına almağa çalışmayın. Tərəfdaşlıq və əməkdaşlıq üçün əla zamandır. Köhnə dostlarla görüşmək olar.
Sevdiyiniz insanın istəklərini nəzərə alın. Hansısa səbəblərdən parçalanan münasibətləri, kəsilən əlaqələri bərpa etmək olar.
Axşam saatlarında normal istirahəti seçin.
Xərçəng - aktiv, fəal olun. Yaxın ətrafınızdakı insanlardan birinin qayğıya ehtiyacı var: bunu unutmayın. İşlər həddən ziyadə olduğundan axşam saatlarına qədər gərgin çalışmalı olacaqsınız. Ev işləri və ailə qayğılarının sayı artır. Başqalarına yardım edərək öz problemlərinizi unutmayın. İzafi tələskənlik və vurnuxma səhhətinizə mənfi təsir edə bilər.
Üstəlik, yanınızdakı insanlarda qıcıq yarada bilərsiniz.
Şir - günü yaddaqalan, parlaq edə bilərsiniz. Bir qədər əvvəl başladığınız işləri başa vurun. Yarımçıq heç nə saxlamayın. Həddən ziyadə maraq göstərdiyiniz məsələ ilə bağlı qərar vermək zamanıdır. Şəxsi münasibətlərdəki taktikaya yenidən baxmaq vaxtı çatıb. Zərurət yarandığını düşünürsünüzsə, təşəbbüskar, aktiv olun.
Ailə üzvlərinin problemlərini unutmayın. Enerjili olun, maraqlarınızı tam təmin edin. Mövqelərinizdən geri çəkilməyin.
Qız - işlər çox olsa da, onları bir-bir başa vurun. Davamlı olun, yarımçıqlığa yol verməyin. Eyni vaxtda bir neçə işi görməyə çalışmayın. Diqqətli olun, planlara tam riayət edin. Yaxın ətrafınızdakı insanlarda qıcıq və ya əsəbə səbəb ola biləcək addımlar atmayın.
Yeni işlərə başlamaq üçün əlverişli zaman deyil. Həddən artıq müşkül və mürəkkəb problemin həllinə başlayarkən gözlənilməz maneələrlə qarşılaşa bilərsiniz.
Fəaliyyətdən əvvəl məqsəd və müddəti bəlirləyin.
Tərəzi - niyyətə çatmaq və ya məqsədə varmaq aktivliyinizdən asılıdır. Enerjili olun, yaxın ətrafınızdakı insanların istəklərini, arzularını nəzərə alın. Eyni vaxtda bir neçə problemi həll etməyə çalışmayın. Təxirə salınmış işlə məşğul olmaq, köhnə tanışlıqları bərpa etmək və ya yeni tərəfdaşlığa başlamaq olar.
Praktiki bilgiləri möhkəmlətməyin zamanıdır.
Tərəfdaşlıq, vasitəçilik, menecment, xarici dillə bağlı vərdişlərin artırılmasına çalışın.
Əqrəb - yaşamı daha da aktivləşdirmək üçün təşəbbüskar, fəndgir, hətta hiyləgər olun. Passiv olsanız, işlərinizi başqaları idarə etməyə başlayacaqlar. Sizdən xəbərsiz bir sıra məqamların reallaşdırılması ziyanınıza olacaq. Təxirə saldığınız alış-veriş və ya ertələdiyiniz maliyyə əməliyyatını gerçəkləşdirin. Taktikanız mütəhərrik, planlarınız çevik olmalıdır. Şəraitə uyğunlaşmağı bacarın. Kiçik macəra əhvalınızı yaxşılaşdıra bilər.
Səhhətinizə fikir verin.
Oxatan - çoxdan bəri həyata keçirmək istədiyiniz layihəni yada salın. Köhnə dostlar və ya həmfikirlərlə təmaslarda xeyir var. Yeni müttəfiqlərlə çalışarkən ümumi planın çərçivələrindən kənara çıxmaq olar. Yeni ideyaları saf-çürük edin, qətiyyətli və iradəli davranın.
Kollektiv fəaliyyət üçün yaxşı gündür.
Saatlar keçdikcə işgüzar aktivlik səviyyəniz aşağı düşə bilər. Ona görə də ən mühüm işləri axşam saatlarına qədər başa vurmalısınız.
Oğlaq - bugünkü ideyalarınız o qədər də məhsuldar deyil. Praktiki olmayan sahədə çalışaraq səylərinizi hədər etməyin. Başqalarının işlərinə kəskin müdaxilə etməyin. Sadəcə, bəzi sahələrdə sizi maraqlandıran nüanslar və ünsürlərlə maraqlanaraq gərəkli təcrübədən, biliklərdən və variantlardan yararlana bilərsiniz.
Baş verənləri müşahidə edin, diqqətli olun. Bəzi uğursuzluqlarınızın səbəblərini aşkarlaya biləcəksiniz.
Hisslərinizlə emosiyalarınızı aşkar nümayiş etdirməyin. Etirafların yanlış formasını seçməyin. Sərt və aqressiv danışmayın.
Dolça - maraqlandığınız nüansın təfərrüatlarını öyrənməyə çalışın. Ünsiyyətdə aktiv, enerjili olun. Yaşam mövqelərinizi qoruyun. Kollektiv aksiyaya qatılmaq, dəvət aldığınız tədbirə yollanmaq olar. Problemlərin həllində qeyri-standart davrana da bilərsiniz.
Ciddi xəbərləri nəzərdən qaçırmayın. Sosiumun həyatının unudulmuş hissəsinə çevrilməyin. Yaşanan hadisələr süjetlərdir və onlardan nələrsə əxz edə bilərsiniz.
Balıqlar - niyyətlərinizi əməllərinizlə möhkəmləndirin. Yeni seçdiyiniz sahədə özünüzü sınaya bilərsiniz. İlk problemdən sonra geri çəkilməyin, ruhdan düşməyin. Seçdiyiniz istiqamətdə irəliləyin, dayanmayın. Çoxdan bəri həyata keçirmək istədiyiniz planı reallaşdırmağa başlayın.
Təcrübəli tərəfdaş və maraqlarınızı bölüşən yardımçıya ehtiyacınız var. Həmin adamlar yaxşı tanıdığınız insanlar olarsa, daha yaxşı olardı.
Milli.Az
Milli Məclisin növbəti iclasının vaxtı bəlli olub
“İstanbul Klinika” cərimələndi
"Patent haqqında" qanuna çoxsaylı dəyişikliklər edilib - Detallar
Sergey Narışkin Azərbaycan prezidentini təbrik edib - MƏTN
Türkiyədə klub tam başsız qaldı - Vitse-prezident də tutuldu
Sabah hava necə olacaq? - Proqnoz
"Azercell" "Kinon" tətbiqinin funksionallığını genişləndirir
QARABAĞA KÖÇ DAVAM EDİR
MİT terrora hazırlaşan İŞİD-çini qandalladı
Əli Əsədov qərar imzalayıb
Fərid Şəfiyev: "Ermənistanda keçiriləcək seçkilər bizim üçün maraqlıdır" - "Ümid edirik ki, Aİ ilə münasibətlərdə də yeni mərhələ açılacaq"
Türkiyəli nazir COP31-in sədri təyin olunub
İlham Əliyev idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
Həbsdəki sabiq icra başçıları: hansılar amnistiyadan faydalanacaq?
Partiya sədrinin oğlu məhkəmə hakimi təyin olunub
Türkiyədə minimum əmək haqqı 1308 manat oldu - Qərar açıqlandı
İcra başçısı Günəş Şirvanskaya ilə bayram mərasimi üçün anlaşdı - 62 min manatlıq tədbir keçiriləcək
Türkiyə futbolunda qumar: daha 29 nəfər qandallandı - Aralarında məşhur "Qalarasaray"lı da var
Lənkəranda dələduzluq edən şəxs tutulub
Bu rayonlara qar yağır
"Gmail"də dəyişiklik - Artıq E-poçt ünvanları dəyişdirilə biləcək
"McDonald’s"ın reklamı yalan çıxdı
İki il əvvəl dağıntılar altında qalan 25 nəfərin cəsədi çıxarıldı - Biri jurnalistin meyitidir
"Fənərbağça"nın qolkiperi Polşaya gedir
Mərc oyunları ilə bağlı istintaq: 30 hakim "qara siyahı"ya alındı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - Ermənilər Bakıda hakim qarşısında
Zaxarova: "Biz ABŞ-ın Karib dənizindəki hərəkətlərini izləyirik"
Rusiya XİN: "Ukrayna böhranının həlli ilə bağlı ABŞ-la danışıqlarda irəliləyiş var"
Azercell “Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” sosial təşəbbüsünə start verib
Səfirin diplomu ilə bağlı qalmaqal - Diplomat saxlanıldı və...
BU MƏHKƏMƏLƏRƏ SƏDR VƏ HAKİMLƏR TƏYİN EDİLDİ - Sərəncam + SİYAHI
Azərbaycan vətəndaşı Qazaxıstanda həbs edilib
Prezident "Daxili qoşunlar haqqında" qanunu təsdiqləyib - Detallar
Həbs olunan aparıcının bacısı danışdı: "Arxasındayıq, ona güvənirik"
Jurnalist Barış Terkoğlu saxlanılıb
Rəsmi Moskva: "ABŞ-dan göndərilən sülh planını təhlil edirik"
Karen Avanesyana hökm oxunub
Ağdam şəhərinə 308 nəfər köçürülüb (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Gələn il kommunal xidmətlər qalxacaq? - Açıqlama