Sabahın hava proqnozu açıqlandı

img

22-06-2023 [12:39]


Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mia.az xəbər verir ki, sabah gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Gündüz arabir güclənən şimal-qərb küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-22° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Axşam yağıntılar tədricən kəsiləcək. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 24-29° isti olacaq, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:53 26.12.2025

Bu rayonlara qar yağır

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA