Prezidentin sabiq müşaviri ilə keçmiş idarə rəisi arasında torpaq qalmaqalı yaranıb
22-06-2023 [12:09]
“Rizvan Vahabov adlı şəxsin zəbt etdiyi torpağımı mənə mərhum prezident Heydər Əliyevin göstərişi ilə ayırmışdılar. Həmin torpağı şəhid övladı olan nəvələrimə qoyub getmək istəyirəm bu dünyadan”.
Mia.az Musavat.com-a istinadla xəbər verir ki, bunu sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Prezident İlham Əliyevə məktubunda yazıb.
O bildirir ki, nəvələri ilə Badamdardakı torpağına getsə də, darvazadan içəri keçə bilmir: “Rizvan Vahabov ora bir ailə yerləşdirib, gözətçilik edirlər. Məni də sənəd-sübutlu torpağıma buraxmırlar. Əllərində də bir saxta, kötüyü olmayan sərəncamları var. Hansının ki, qanunsuz olması ilk baxışdan görünür. Mən Rizvan Vahabovu tanıyıram, onunla əlaqə saxlayıb bu qanunsuzluqdan əl çəkməsini istəmişəm. Rizvan Vahabov puluna-varına arxalanıb mənə qarşı qanunsuzluğu davam etdirir. Onun Badamdarda 10-dan çox belə torpağı var. Mənim 6 sot torpağımı da illərdir ki, zəbt edib”.
Qabil Hüseynli “Yeni Müsavat”a deyib ki, R.Vahabov vaxtilə Dövlət Yanacaq Komitəsinin sədri, Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin rəisi, YAP-ın Səbail rayon təşkilatının idarə heyətinin üzvü olub: “İndi vəzifədə deyil, amma əlaqələri var. Ona görə də mən torpağımı ondan ala bilmirəm. Əlacım dövlət başçısına müraciət etməkdir. Prezident İlham Əliyevdən xahiş edirəm ki, mərhum Heydər Əliyevin mənə verdiyi torpağın mənə qaytarılmasına kömək etsin”.
Qabil Hüseynli torpaq sahəsinin ona ayrılmasının tarixçəsini belə nəql edib: “Dövlət müşaviri postunu tutduğum dövrdə ev növbəsinə dayanmışdım. Belə qayda vardı ki, ev növbəsindən imtina edənlərə əvəzində torpaq sahəsi verirdilər ki, ev tiksin. Nizami Süleymanov dedi ki, ev növbəsindən imtina edənlərə torpaq sahəsi verirlər. Mən, Bəxtiyar Vahabzadə, akademik Nizami Süleymanov mərhum Heydər Əliyevə müraciət etdik ki, bizə də torpaq sahəsi ayrılsın. Göstəriş verildi, üçümüzə də Badamdarda torpaq sahələri ayrıldı. Hərəmizə 6 sot torpaq verildi. 627 saylı, 1 mart 1994-cü il tarixli sərəncamı Səbayel Rayon İcra Hakimiyyətinin başçısı imzalayıb. Sərəncamla mənə, Bəxtiyar Vahabzadəyə, Nizami Süleymanova və Elxan İsgəndərova torpaq sahəsi ayrılıb. Mən də mişar daşı ilə ərazini hasarlatdım, darvaza qoydum, balaca bir ev tikdim. Şəxsən fəhləlik etdim, daş daşıdım ki, evimin tikintisində iştirakım olsun. Qonşularla birgə ortaq olaraq kanalizasiya sistemi, su, işıq, qaz xətləri çəkdirdik. Bir neçə il sonra qonşular məlumat verdilər ki, torpaq sahəm zəbt olunub. Araşdırdım, məlum oldu ki, torpağı zəbt edən o zaman Yanacaq Komitəsinin sədri olan Rizvan Vahabovdur. Rizvan Vahabov torpağıma verilən sərəncam olduğu halda mənim torpağıma saxta bir sərəncam aldı. Özü ilə də danışdım, dedi ki, get ver məhkəməyə. Mən o zaman Səbayel İcra Hakimiyyətinə müraciət etdim. İcra başçısı dedi ki, bu, mənim səlahiyyətimdə deyil, bu məsələlərə bələdiyyələr baxır. Bələdiyyələr də şikayətimə baxmadı. Mənə qarşı törədilən cinayətlə bağlı Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə şikayət yazdım. Cavab verdilər ki, araşdırırlar, amma yenə də araşdırmadılar”.

Rizvan Vahabov
Qabil Hüseynli deyir ki, Rizvan Vahabovun qanunsuz əməlindən məhkəməyə müraciət etməyib: “Bu gün mənim torpağımda Rizvan Vahabov tərəfindən qoyulan gözətçi öz ailəsi ilə bərabər yaşayır. Mən torpağım zəbt ediləndən sonra məhkəməyə müraciət etmək haqda düşündüm. Lakin Rizvan Vahabovun əlaqələrini, məhkəmələrə təzyiq etmək imkanlarını nəzərə alıb, bundan vaz keçdim. Çünki o, pullu adamdır, məhkəmələrdə məni uduzdura bilər. Torpaq sahəsinin mənə ayrılması haqda sərəncam bu gün də əlimdədir. Ona görə də ölkə başçısına müraciət edib, qanunsuzluğa son qoyulmasını xahiş etmişəm. Torpağımı mənə qaytarsınlar və ya torpağımın dəyərini, o torpağa çəkdiyim xərci ödəsinlər”.
Məsələ ilə bağlı Rizvan Vahabovla əlaqə saxladıq. O, “məni bu məsələyə qatmayın, Qabil Hüseynli gedib məhkəməyə müraciət etsin" deməklə münasibətini ifadə etdi.
Rizvan Vahabovun adı əvvəllər də mülk zəbt etməkdə hallanıb. Bakının Murtuza Muxtarov 145 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrini və mənzilləri alan vətəndaşların mülkləri Rizvan Vahabov tərəfindən əllərindən alınmışdı. Vətəndaşlar Sevinc Rəcəbova, Təranə Hüseynova, Anar Əsədov, Vüsalə Xamıyeva, Zamiq Əhmədov, Əhliman Alıyev və Adil Kazımov redaksiyamıza müraciət edərək bildirmişdilər ki, 2011-ci ildə Rizvan Vahabov qayınanası Anna Qoloveşkinanın adından istifadə etməklə, Murtuza Muxtarov 145 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrini və mənzilləri əllərindən almağa çalışır. Şikayətçilər redaksiyaya R.Vahabovla bağlı olan və ona yönəlik çox ilginc ittihamlar yer alan materiallar təqdim etmişdilər.
Milli Məclisin növbəti iclasının vaxtı bəlli olub
“İstanbul Klinika” cərimələndi
"Patent haqqında" qanuna çoxsaylı dəyişikliklər edilib - Detallar
Sergey Narışkin Azərbaycan prezidentini təbrik edib - MƏTN
Türkiyədə klub tam başsız qaldı - Vitse-prezident də tutuldu
Sabah hava necə olacaq? - Proqnoz
"Azercell" "Kinon" tətbiqinin funksionallığını genişləndirir
QARABAĞA KÖÇ DAVAM EDİR
MİT terrora hazırlaşan İŞİD-çini qandalladı
Əli Əsədov qərar imzalayıb
Fərid Şəfiyev: "Ermənistanda keçiriləcək seçkilər bizim üçün maraqlıdır" - "Ümid edirik ki, Aİ ilə münasibətlərdə də yeni mərhələ açılacaq"
Türkiyəli nazir COP31-in sədri təyin olunub
İlham Əliyev idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
Həbsdəki sabiq icra başçıları: hansılar amnistiyadan faydalanacaq?
Partiya sədrinin oğlu məhkəmə hakimi təyin olunub
Türkiyədə minimum əmək haqqı 1308 manat oldu - Qərar açıqlandı
İcra başçısı Günəş Şirvanskaya ilə bayram mərasimi üçün anlaşdı - 62 min manatlıq tədbir keçiriləcək
Türkiyə futbolunda qumar: daha 29 nəfər qandallandı - Aralarında məşhur "Qalarasaray"lı da var
Lənkəranda dələduzluq edən şəxs tutulub
Bu rayonlara qar yağır
"Gmail"də dəyişiklik - Artıq E-poçt ünvanları dəyişdirilə biləcək
"McDonald’s"ın reklamı yalan çıxdı
İki il əvvəl dağıntılar altında qalan 25 nəfərin cəsədi çıxarıldı - Biri jurnalistin meyitidir
"Fənərbağça"nın qolkiperi Polşaya gedir
Mərc oyunları ilə bağlı istintaq: 30 hakim "qara siyahı"ya alındı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - Ermənilər Bakıda hakim qarşısında
Zaxarova: "Biz ABŞ-ın Karib dənizindəki hərəkətlərini izləyirik"
Rusiya XİN: "Ukrayna böhranının həlli ilə bağlı ABŞ-la danışıqlarda irəliləyiş var"
Azercell “Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” sosial təşəbbüsünə start verib
Səfirin diplomu ilə bağlı qalmaqal - Diplomat saxlanıldı və...
BU MƏHKƏMƏLƏRƏ SƏDR VƏ HAKİMLƏR TƏYİN EDİLDİ - Sərəncam + SİYAHI
Azərbaycan vətəndaşı Qazaxıstanda həbs edilib
Prezident "Daxili qoşunlar haqqında" qanunu təsdiqləyib - Detallar
Həbs olunan aparıcının bacısı danışdı: "Arxasındayıq, ona güvənirik"
Jurnalist Barış Terkoğlu saxlanılıb
Rəsmi Moskva: "ABŞ-dan göndərilən sülh planını təhlil edirik"
Karen Avanesyana hökm oxunub
Ağdam şəhərinə 308 nəfər köçürülüb (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Gələn il kommunal xidmətlər qalxacaq? - Açıqlama