2023-ün büdcəsi: media sahəsinə ayrılan vəsait azaldılıb

img

20-06-2023 [13:07]


2023-cü ilin dövlət büdcəsinin yenilənməsi media sahəsinə də təsir göstərir.

Mia.az Novator.az-a istinadla xəbər verir ki, Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) ayrılan vəsait 9,3 milyon manatdan 8,3 milyon manata, Medianın İnkişafı Agentliyinin payı 6,8 milyon manatdan 6,4 milyon manata enir.

Büdcədə Audiovizual Şurası üçün 2,6 milyon manat vəsait nəzərdə tutulub.

Televiziya, radio və nəşriyyat istiqaməti üzrə 61 milyon 24,1 min manat xərc nəzərdə tutulur.

Həmin vəsaitin 36,1 milyon manatı “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin, 21,6 milyon manatı İctimai Televiziya və Radio Yayımları Şirkətinindir.

“Azərbaycan” nəşriyyatına (dövlət sifarişlərinin yerinə yetirilməsi üçün) 2,3 milyon manat verilir.

“Mir” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan milli nümayəndəliyinə 655,1 min manat, Mədəniyyət Nazirliyinə 272,6 min manat, radio və televiziya redaksiyalarının saxlanması üçün 27,8 min manat ayrılır.

2023-cü ilin dövlət büdcəsində 30 milyard 773,9 milyon manat gəlir, 33 milyard 353,3 milyon manat xərc nəzərdə tutulmuşdu.

İyunun 19-da gəlir proqnozu 33 milyard 890,5 milyon manata, xərc proqnozu 36 milyard 624,8 milyon manata qaldırılıb(Novator.az).


Digər xəbərlər
SON XƏBƏRLƏR