Baş redaktor: “Bu məsələ ətrafında qeyri-müəyyənliyə son qoyulmalıdır” - "Hazır mənzillər ehtiyacı olan jurnalistlərə paylanılmalıdır"
19-06-2023 [17:16]
“Bayılda jurnalistlər üçün tikilmiş üçüncü binanın təyinatının dəyişdirilməsi ilə bağlı təklifin reallaşması bu istiqamətdə fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları üçün yeni problemlər yarada bilər.
Bakıda mərkəzə yaxın ərazilərdə mənzil sahibi olmaq istəyən çoxlu sayda şəhid və qazi ailəsi var. Həmçinin rayonlarda yaşayıb paytaxtda ev-eşik sahibi olmaq istəyən həssas təbəqəyə aid insanlar da az deyil. Cəmi 255 mənzil onlar arasında necə bölünəcək?”
Bu sözləri Mia.az-a açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin (JAM) sədri Seymur Verdizadə deyib.
Təşkilat rəhbəri Bakının Səbail rayonunda jurnalistlər üçün tikilmiş üçüncü binanın ətrafında yaranmış qeyri-müəyyənliyin həm mətbuat nümayəndələri, həm də şəhid və qazi ailələri arasında narahatlığa səbəb olduğunu bildirib:
“Bu günə kimi bir neçə şəhid və qazi ailəsinin üzvü jurnalistlər üçün tikilmiş üçüncü binadan mənzil almaq üçün mənə müraciət edib. Onlar mətbuatdan oxuyublar ki, Bayılda media nümayəndələri üçün tikilmiş həmin bina şəhid və qazi ailələrinə veriləcək. Bu məsələ reallaşsa, iddialıların sayı yüzlərlə olacaq.
Hesab edirəm ki, şəhid və qazi ailələrinin sosial-məişət şəraitinin kompleks tədbirlərlə yaxşılaşdırıldığı bir vaxtda bu işi həyata keçirən dövlət qurumlarının nümayəndələrinə əlavə problem yaratmağa ehtiyac yoxdur”.
S.Verdizadə deyib ki, əlavə söz-söhbətə rəvac verməmək üçün 22 iyul Milli Mətbuat Günü ərəfəsində Bayılda jurnalistlər üçün tikilmiş üçüncü binanın taleyinə aydınlıq gətirilməli, hazır mənzillər ehtiyacı olan jurnalistlərə paylanılmalıdır.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
DONALD TRAMP İLHAM ƏLİYEVƏ MƏKTUB GÖNDƏRDİ - MƏTN + SƏNƏD
Ramiz Mehdiyevlə bağlı videosu yayılan PA-nın sabiq şöbə müdiri: "Necə olur ki, mənim saçıma düşən dən orda görünmür?" - MÜSAHİBƏ
“Nar”ın “Çoox Şanslı” lotereyasında 6-cı avtomobil sahibini tapdı!
Müseyib bəy Axıcanov kim olub? - Tarixi faktlar...
Sabah yağış yağacaq
Əbülfəs Qarayevin “qara siyahısı”: hotel, balıq, neft və skandal şirkətlər- SENSASİON FAKTLAR
Gürcüstan əcnəbilər üçün ölkəyə girişi çətinləşdirdi- Yeni QAYDA
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə müzakirə aparıb
İlham Əliyev Finlandiya prezidentinə məktub ünvanlayıb - MƏTN
Azərbaycan nefti 67 dollara qalxdı
Məşhur idmançı deputat Ülvi Quliyevdən şikayətləndi: "300 min pul qazananda deyirdilər ki..."
Problemləri ilə baş-başa qalan Salyan: "Baxan yoxdur" - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
DÇ-2026: PÜŞK ATILDI, RƏQİBLƏR BƏLLİ OLDU
"Xəyalların rəngi" kitabının təqdimatı keçirilib - FOTOLAR
BP "Bakı-Supsa" və BTC-də operatorluğunu təhvil verir - Şirkət yayılan xəbəri təsdiqlədi
Qanunsuz tikilmiş obyektlər: necə sənədləşdirilməli? - Əmlak Komitəsi açıqlama yaydı
"Qalatasaray" - "Samsunspor" matçı: heyətlər bəlli oldu
UEFA "Fənərbağça"nın futbolçusunu cəzalandırıb
16 həkim barədə şok iddia yayıldı - Səhiyyə Nazirliyinin üç sabiq əməkdaşı istintaq altında...
Bakıda "Yelobank"ı da olan Vahid Ələkbərovla Adnan Əhmədzadənin gizli əlaqəsi varmış...
Bakıda kafedə partlayış: 3 nəfər xəsarət alıb - VİDEO
İndi şans paketi al və Bakcell-dən avtomobil qazan!
Əkin sahələrində tikinti: necə aparılacaq? - Fərman + DETALLAR
Messidən DÇ-2026 ilə bağlı açıqlama: "Yenə qazanmaq istəyirəm"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Türkiyə kuboku: püşk atıldı - Qarşılaşmalar
Prezident daha bir sərəncam imzaladı, mərkəzə tapşırıq verildi
"Temu 1106" vətəndaşlara saxta iş təklifi göndərir - Xəbərdarlıq
Salyanda məktəbdə zəhərlənmə olub (YENİLƏNİB)
Məhkəmə Əli Kərimlinin şikayətinə "yox" dedi
DİN və AQTA-dan birgə əməliyyat: yararsız at əti aşkarlanıb
Elçin Əmirbəyov İsveçrədə növbəti görüş keçirib - Açıqlama
Beynəlxalq Bank sədrinin birinci müavini niyə vəzifədən getdi?
Putin Hindistanda: "Sizə fasiləsiz enerji ötürməyə hazırıq"
Saytlarda yaranan problemlərlə bağlı rəsmi - Açıqlama
"Qaçqınkom": "Müvafiq hüquqi addımlar atılacaq”
Deputatlar toplanır: daha hansı qanunlar dəyişir? - SİYAHI