Rəssam Tahir Şıxəliyevin yaradıcılığı barədə veb-sayt istifadəyə verilib

img

17-06-2023 [18:01]


Azərbaycanlı rəssam, Rəssamlar İttifaqının üzvü Tahir Şıxəliyevin sənət və yaradıcılığı haqqında məlumatları əks etdirən veb-sayt istifadəyə verilib.

Mia.az xəbər verir ki, iyun ayında Azərbaycanlı rəssam Tahir Şıxəliyevin https://tahir-shikhaliyev.com/ internet saytı fəaliyyətə başlayıb. 

Sözügedən saytda rəssamın həyat və yaradıcılığı haqqında ətraflı məlumatlar verilmiş, müəllifi olduğu rəsmlərin bir qismi paylaşılıb.
 
Xatırladaq ki, Tahir Şıxəliyev rəssamlıq üzrə ilk təhsilini Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində alıb, daha sonra isə Tbilisi Dövlət Rəssamlıq Akademiyasına qəbul olaraq təhsilini Gürcüstanda davam etdirib.

İstiqaməti rəngkarlıq və qrafikadır. Rəssamlar İttifaqının üzvüdür, əsərləri Türkiyə, ABŞ, Almaniya, Rusiya, Gürcüstan, Belarus və Rumıniya kimi ölkələrin şəxsi kolleksiyalarında saxlanılır.

Tahir müəllim bildirib ki, incəsənəti insanlara sevdirmək, eyni zamanda Azərbaycanı və doğma şəhəri olan Bakını bütün dünyaya rəsmləri və sənəti ilə tanıtmaq onun üçün olduqca önəmlidir.

Nəzərinizə çatdıraq ki, iyun ayının 21 tarixlərində Tahir Şıxəliyevin yaradıcılığına həsr edilmiş sərginin keçirilməsi də planlaşdırılır. Tədbirdə iştirak tam ödənişsizdir. 

Ətraflı məlumatı Sosial şəbəkələr vasitəsi ilə əldə edə bilərsiniz:

İnstagram: http://@tahir.shikhaliyev

https://www.instagram.com/tahir.shikhaliyev/

Azərbaycanlı rəssamı təbrik edir, ona yeni nailiyyətlər arzulayırıq!

Ləman

MİA.AZ

 

img

Digər xəbərlər
SON XƏBƏRLƏR