Azərbaycanda ehtiyatda hərbçilərin təlim toplanışı başa çatıb

img

17-06-2023 [10:49]


2023-cü ilin hazırlıq planına əsasən, ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin cəlb edilməsi ilə "N" hərbi hissəsində keçirilən təlim toplanışı başa çatıb.

Müdafiə Nazirliyindən Mia.az-a bildirilib ki, plana uyğun olaraq, hərbi vəzifəlilər müxtəlif çaplı atıcı silahlardan və qumbaraatanlardan praktiki atış çalışmalarını yerinə yetiriblər.

Təlim toplanışı zamanı, həmçinin hərbi vəzifəlilərlə sıra hazırlığı, rabitə hazırlığı məşğələləri keçirilib, onlara silahların taktiki-texniki xüsusiyyətləri, natamam sökülüb-yığılma və düzgün istifadə qaydaları öyrədilib, eləcə də ilkin tibbi yardım göstərilərək yaralıların təxliyə edilməsi üsulları məşq etdirilib.

Qeyd edək ki, ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirilməsi, bilik və bacarıqlarının artırılması məqsədilə keçirilən təlim toplanışında qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
14:42 26.12.2025

Bu klublar cərimələnib

09:53 26.12.2025

Bu rayonlara qar yağır

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA