Elxan Şahinoğlu: "Yenə təxribat olarsa, sərhəd yenidən qapanacaq"

img

15-06-2023 [17:21]


"Ermənisitan ordusunun Laçın sərhəd-keçid məntəqəsinə qarşı bugünkü təxribatı Qarabağ ermənilərinə zərər vurub".

Mia.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, ermənilər bu sərhəd keçid məntəqəsindən istifadə edərək Qarabağdan çıxa və qayıda bilərlər: "Təxribat nəticəsində sərhəd-keçid məntəqəsi fəaliyyətini müvəqqəti dayandırıb. Nəticədə ermənilər sərhəd-keçid məntəqəsindən istifadə edə bilməyiblər. Sərhəd-keçid məntəqəsi fəaliyyətini bərpa edəndən sonra yenə təxribat olarsa, sərhəd yenidən qapanacaq, bu Qarabağ ermənilərinə çətinlik yaradacaq, xəstələri Ermənistana gedə bilməyəcək, ərzaq daşınması dayandırılacaq. Ona görə də Qarabağ ermənilərinin bugünkü insidentə görə iradları Ermənistan hərbçilərinə ünvanlanmalıdır".

Samir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
14:42 26.12.2025

Bu klublar cərimələnib

09:53 26.12.2025

Bu rayonlara qar yağır

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA