Salyan rayonunda intihara cəhd edən 30 yaşlı şəxs xəstəxanada ölüb

img

14-06-2023 [13:49]


Salyan rayonunda intihara cəhd edən 30 yaşlı şəxs xəstəxanada ölüb.

Report-un Aran bürosunun məlumatına görə, intihara cəhd hadisəsi iyunun 11-də rayonun Xalac kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1993-cü il təvəllüdlü Əkbərov Müşfiq Məhərrəm oğlu həmin günü sirkə turşusu içərək intihara cəhd edib.

M.Əkbərov Salyan Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, M.Əkbərovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
14:42 26.12.2025

Bu klublar cərimələnib

09:53 26.12.2025

Bu rayonlara qar yağır

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA