Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
14-06-2023 [00:08]
Qoç - ünsiyyət üçün əlverişli gündür. Uğurlu işgüzar təmaslar ola bilər. Mövqelərinizi təmkinlə, aramla müdafiə edin. Dediklərinizə şübhə edənlər belə, haqlı olduğunuzu etiraf etmək məcburiyyətində qalacaqlar. Maliyyə məsələlərini müzakirə və həll etmək olar. Alış-veriş üçün münasib zamandır.
Günün ikinci yarısı romantik görüş, səfər üçün pis deyil. Sevdiyiniz insanla ünsiyyət əhvalınızı yaxşılaşdıracaq. Nikbin olun. Yaşlı qohumlarınız sizinlə razı deyil. Adi günlərdən fərqli olaraq onlar işlərinizə və yaşamınıza daha çox müdaxildə edir, bəzən kobud davranırlar.
Buğa - işdə problemlər istisna deyil. Həmkarlarınızla fikir ayrılıqları əhvalınızı pozacaq. Bütün diqqəti işə yönəldin,vaxtınızı fövtə verməyin. Ən sadə və primitiv məsələlərin həllində ciddi səhvlərə yol verməyin. Günün ikinci yarısında maliyyə itkiləri riski var. Alış-veriş etmək, bahalı əşyalar almaq məsləhət deyil.
Dəyər verdiyiniz insanla axşam saatlarında problemlər yarana bilər. Qəfil vizit, planlaşdırılmamış görüş istisna deyil. Dəvət aldığınız tədbirə qatılsanız, yorulacaq, usanacaqsınız.
Əkizlər - müsbət təmayüllərin təsiri artır. Gün xoş sürprizlər vəd edir. İşdə ciddi inkişaf ola bilər. Maraqlı işgüzar təkliflər alacaqsınız. Anlaşma və sövdələşmələr gəlirlərinizi artıracaq.
Günün ikinci yarısında şəxsi münasibətlərdə irəliləyiş ola bilər. Yaxınlarınızla dil tapın, yeni tanışlarla təmaslarda həssas və diqqətli olun. Alış-veriş üçün münasib zamandır. Sevdiyiniz insan romantik görüşdə sizi sevindirməyə çalışacaq.
Xərçəng - yeni ideyalar yaranacaq. Onların çoxu pis deyil. İşlərin bəziləri ciddi səylər tələb etsə də, yaxınlarınız sizi dəstəkləyəcəklər. Yeni layihələrə başlamaq üçün münasib zamandır. Yaşam tərzində dəyişikliklər etmək, zərərli vərdişlərdən əl çəkmək olar. Günün ikinci yarısında diskomfort, rahatsızlıq hissləri minimum olacaq. Karyerada irəliləyiş şansı yaranıb. Amma yeni tapşırıqlar çox vaxt alacaq. Şəxsi problemlərin arxa plana keçməsinə hazır olun.
Şir - aqressiv, inadkar olmayın. Sizə bağlı olan insanlar belə, kənar durmağa çalışacaqlar. Düşünülməmiş addımlar və tələsik qərarlar işlərə ağır zərbə vura bilər. Soyuqqanlı olun, təmkinli davranın. Mənfi emosiyaların əsirinə çevrilməyin.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla münasibətləri normallaşdırmağa çalışın.
Maliyyə çətinlikləri istisna deyil. Bel bağladığınız anlaşma və ya sövdələşmələr baş tutmaya bilər. Sənədləşdirmə, məmurlarla ünsiyyət, dövlət orqanlarına yollanmaq üçün əlverişli zaman deyil.
Qız - maliyyə məsələlərində ehtiyatlı olun. Pullarınızın qədrini bilin. Nəzərdə tutulmamış, mənasız xərclər sizi ağır duruma sala bilər. Peşəkar məsələlərin həlli adi günlərlə müqayisədə daha ağır ola bilər. Əvvəllər həvəslə yerinə yetirdiyiniz işlər indi cansıxıcı təsir bağışlayır.
Günün ikinci yarısında işləri təxirə salmayın və ya başqalarına tapşırmayın. Yaşamınızda önəmli rol oynayan insanlarla təmaslarda diqqətli olun. Harmoniya və qarşılıqlı anlaşmanı qoruyun. Nəticələr kiçik olsa da, ruhdan düşməyin.
Tərəzi - çətin və mürəkkəb gündür. Emosional fon stabilliyi ilə fərqlənmir. Sizi təbdən çıxarmaq istəyənlər yetərincədir. Təxribatlara uymayın. Gərəksiz və mənasız etimada qapılmayın. Maliyyə itkiləri, uğursuz anlaşmalar istisna deyil. Günün ikinci yarısında alış-verişə yollanarkən şopinqin əhvalınızı yaxlışadıracağını düşünməyin. Bu, xərcdən savayı bir nəsnə deyil.
Yaradıcılıq potensialınızı nümayiş etdirin, dünyagörüşünü artırın. İndiyədək büruzə vermədiyiniz bacarıqlarınızı göstərə bilərsiniz.
Əqrəb - yeni təəssürat və hisslər istəyi sizi qeyri-adi addımlar atmağa vadar edə bilər. Gün parlaq, yaddaqalan olacaq. Karyeranızda inkişafla bağlı qərar qəbul etməyin zamanıdır. Yeni müttəfiqlər və tərəfdarlar tapa biləcəksiniz. Yaşam potensialınız yüksəkdir.
Günün ikinci yarısında əvvəlki vaxtlarla müqayisədə daha çox çalışmalı olacaqsınız. Buna rəğmən yorulmayacaqsınız.
Axşam saatlarında dəvət aldığınız tədbirə qatıla bilərsiniz. Nəzərdə tutulmamış səfərlər istisna deyil.
Oxatan - peşəkar fəaliyyət sahəsi ilə bağlı məsələlərin müzakirəsi üçün əlverişli zamandır. Rəğbət bəslədiyiniz insanlarla yeni əməkdaşlığa başlamaq olar. Danışıqlar, məsləhətlər, müzakirələr pis keçməyəcək.
Günün ikinci yarısında diskussiya nəzərdə tutulan vaxtdan daha artıq zaman alacaq. Planlaşdırılan işləri təxirə salmayın. Alış-veriş üçün münasib zamandır. Geyim, aksessuar, bəzək almaq olar. Romantik görüşlər və təmaslar pis keçməyəcək. Sevdiyiniz insanı sevindirin.
Oğlaq - müsbət təmayüllərin təsiri artır. Peşəkar fəaliyyət müstəvisində dəyişikliklər olacaq. Maliyyə və əmlak məsələlərini təxirə salmadan həll edin.
Gəlirlər artacaq. Müstəqil şəkildə kommersiya fəaliyyəti ilə məşğul ola bilərsiniz. Planlarınız və ələlxüsus da uğurlarınız barədə yaxın ətrafınızdakı insanlara danışmağa tələsməyin. Paxıllıq hissi rəqiblərinizi artıra bilər.
Günün ikinci yarısında yaşam potensialı yüksəkdir. Səhhətinizdə ciddi problemlər olmayacaq. Həyəcan və ya nigaranlığın heç bir əsası yoxdur.
Dolça - ciddi planlardan birinin reallaşdırılmasına başlaya bilərsiniz. Rutin işləri və gündəlik qayğıları bütünlüklə unutmaq mümkün deyil. Yaxınlarınız və dostlarınız sizi dəstəkləyəcəklər. Zərurət yaranarsa, yardım istəməkdən çəkinməyin.
Günün ikinci yarısında məsləhətləri qulaqardına vurmayın. Anlaşmalar, müzakirələr, sövdələşmələr üçün münasib zamandır. Maliyyə məsələləri ilə bağlı danışıqlar aparmaq olar. Axşam saatlarını yaxınlarınızla xoş təmaslara həsr edin. Rahat istirahəti seçin, səs-küylü məkanlardan uzaq durun.
Balıqlar - peşəkar fəaliyyət müstəvisində qarşınızda yeni perspektivlər yaranır. Yeni iş yerində fəaliyyətə başlamaq, yaxud da potensial sifarişçi ilə danışıqlar aparmaq olar. Bu gün tanış olacağınız insanlar ünsiyyətdə maraqlı olmaqla yanaşı, işgüzar layihələr baxımından sərfəli insanlardır.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərin harmonik olmasına çalşıın. Son vaxtlar yaranan problemlərin həllini ertəmələyin. Bütün tərəfləri razı salacaq çözüm variantını tapmaq olar. Yaşam potensialı yüksəkdir. Səhhətinizdə problemlər olmayacaq.
Milli.Az
Ruben Vardanyanın məhkəməsi təxirə salınıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Prezident daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Nazir, komitə, xidmət rəisi... - Onların qəbul günləri açıqlandı
"Bakı Metropoliteni" iş saatlarında dəyişiklik edəcək
“Cəhalətdən Cəmiyyətə” - Qadın liderlər yenə bir arada
Rəsmi Bakı: "Rus Evi"nin ləğvi məsələsi başa çatıb
Üç nəfər futboldan uzaqlaşdırılıb
Xətaidə qətl: 31 yaşlı şəxs 45 yaşlı kişini öldürdü
Ceyhun Bayramov: "Sülh prosesində böyük irəliləyiş əldə olunub"
200 000 manatlıq “Porsche Cayenne” sənin ola bilər!
Hakim Rafail Sadıxovun hakimlik fəaliyyətinə xitam verildi
Bu klublar cərimələnib
Gürcüstana səfər edənlərin diqqətinə: mütləq tibbi sığorta alın! - AZAL-dan xəbərdarlıq
ƏLİ BAĞIŞDAN "ALTI VƏ SIFIR"
Ermənistan vətəndaşları məhkəmədə: Davit İşxanyan son söz deyir
“ASAN Xidmət”də əlbəyaxa dava düşüb
Məhkəmə sədri vəfat edib
Milli Məclisin növbəti iclasının vaxtı bəlli olub
“İstanbul Klinika” cərimələndi
"Patent haqqında" qanuna çoxsaylı dəyişikliklər edilib - Detallar
Sergey Narışkin Azərbaycan prezidentini təbrik edib - MƏTN
Türkiyədə klub tam başsız qaldı - Vitse-prezident də tutuldu
Sabah hava necə olacaq? - Proqnoz
"Azercell" "Kinon" tətbiqinin funksionallığını genişləndirir
QARABAĞA KÖÇ DAVAM EDİR
MİT terrora hazırlaşan İŞİD-çini qandalladı
Əli Əsədov qərar imzalayıb
Fərid Şəfiyev: "Ermənistanda keçiriləcək seçkilər bizim üçün maraqlıdır" - "Ümid edirik ki, Aİ ilə münasibətlərdə də yeni mərhələ açılacaq"
Türkiyəli nazir COP31-in sədri təyin olunub
Həbsdəki sabiq icra başçıları: hansılar amnistiyadan faydalanacaq?
Partiya sədrinin oğlu məhkəmə hakimi təyin olunub
Türkiyədə minimum əmək haqqı 1308 manat oldu - Qərar açıqlandı
İcra başçısı Günəş Şirvanskaya ilə bayram mərasimi üçün anlaşdı - 62 min manatlıq tədbir keçiriləcək
Türkiyə futbolunda qumar: daha 29 nəfər qandallandı - Aralarında məşhur "Qalarasaray"lı da var
Lənkəranda dələduzluq edən şəxs tutulub
Bu rayonlara qar yağır
"Gmail"də dəyişiklik - Artıq E-poçt ünvanları dəyişdirilə biləcək
"McDonald’s"ın reklamı yalan çıxdı
İki il əvvəl dağıntılar altında qalan 25 nəfərin cəsədi çıxarıldı - Biri jurnalistin meyitidir
"Fənərbağça"nın qolkiperi Polşaya gedir
Mərc oyunları ilə bağlı istintaq: 30 hakim "qara siyahı"ya alındı