Bu gün siz nə gözləyir? - BÜRCLƏR
11-06-2023 [00:16]
Qoç - peşəkar fəaliyyət müstəvisində yaranan problemləri həll etmək üçün əlverişli zamandır. Maliyyə məsələlərinin çözümünü ertələməyin. İşgüzar intuisiyanız iti olsun. Minimum informasiyaya malik olsanız da, çox ciddi səhvlərə yol verməyin. İşgüzar danışıqlar pis keçməyəcək. Günün ikinci yarısında yeni tərəfdaşlarla uzunmüddətli əməkdaşlıqla bağlı razılaşmaya gələ bilərsiniz. Səfər və ya səyahət üçün münasib zamandır. Dəyər verdiyiniz insandan xoş xəbərlər alacaqsınız. Qəfil romantik etiraf istisna deyil. Tərəfdaş və ya şərikiniz axşam saatlarında qonaq gələ bilər.
Buğa - yaranan problemləri həll etmək üçün qətiyyətli və iradəli olun. Soyuqqanlı davranaraq gərəkli nəticələrə nail olun. Sizin üçün xüsusi əhəmiyyət kəsb edən işdə irəliləyin. Boş məsləhətlərə qulaq asmayın, diqqətsiz olmayın.
Günün ikinci yarısında müttəfiq və dostların yardımı ilə yeni ideyaları reallaşdıra bilərsiniz.
Yaşamınızda baş verənlər barədə məlumat vermək istəmədiyiniz insanlar həyatınıza müdaxilə etməyə çalışacaqlar. Belə adamlarla nəzakətli, amma yetərincə sərt davranın. Münaqişə yaranmasına imkan verməyin.
Əkizlər - bu gün birmənalı olmayan, çətin situasiyaların sayı az olmayacaq. Optimal davranış və hərəkət modelini seçin. Emosiyaların əsiri olmayın. Yalnız sağlam məntiq və faydanı düşünərək davranın.
Etibar etdiyiniz insanlar sizi aldada bilərlər. Aldığınız istənilən məlumatı və ya informasiyanı yoxlamağa tənbəllik etməyin. Günün ikinci yarısında maliyyə fonu gərgin olacaq. Qəfil itkilər istisna deyil. Anlaşma və sövdələşmələri uğurlu adlandırmaq çətindir. Şəxsi münasibətlərdə müsbət dəyişikliklər istisna deyil. Amma yeniliklərin təşəbbüskarı siz olmayacaqsınız.
Xərçəng - maliyyə məsələlərində ehtiyatlı olun. Tərəfdaşlara çox güvənməyin. Yaranan problemləri təkbaşına, müstəqil şəkildə həll edin. Tələsməyin, yüz ölçüb bir biçin. Yaranan situasiyanı sakit şəraitdə təhlil edin, bütün detalları və xırdalıqları nəzərə alın. Günün ikinci yarısı ünsiyyət üçün əlverişli deyil. Sizi yaxşı tanımayan insanlar həddən artıq eqoist olduğunuzu düşünəcəklər. Soyuqqanlı davranışınız yaxın ətrafınızdakı insanlarda suallar yarada bilər. Yaradıcılıq fəaliyyəti, bacarıq və imkanların inkişaf etdirilməsi üçün münasib zamandır.
Şir - maliyyə məsələlərində ehtiyatlı olun. Bədxərclik etməyin. Prinsip etibarilə pis gün deyil. Vaxtınızdan və imkanlarınızdan ağılla istifadə edin. Peşəkar fəaliyyət sahəsində qarşınıza qoyduğunuz məqsədlərə çatmağa çalışın. İşdə həmkarlar və rəhbərliklə münasibətləri normallaşdırın. Günün ikinci yarısında çoxdankı problemlərdən birini həll etmək olar. Yaşam potensialının səviyyəsi bir qədər aşağıdır. Səhhətinizin qayğısına qalın. Düzgün qidalanın.
Qız - uğurlu gündür. Məhsuldar şəkildə çalışın. Yaranan problemləri təxirəsalınmaz şəkildə çözün. Rəqib və bədxahları geridə qoymaq üçün maksimal effektiv şəkildə işləyin. Liderlik məziyyətlərinizi nümayiş etdirin.
Günün ikinci yarısı sənədlərlə bağlı işlər, habelə dövlət qurumlarının nümayəndələri ilə təmaslar və danışıqlar üçün əlverişlidir.
Sövdələşmə və anlaşmalar pis alınmayacaq. Pulu biznesə yatırmaq, daşınmaz əmlak və ya nəqliyyat vasitəsinin alınması ilə bağlı danışıqlar aparmaq olar. Yeni tanışlarda özünüzlə bağlı rəğbət hissi yaratmağa can atın. Əks cins mənsubu sizə diqqət yetirəcək.
Tərəzi - işlərdə aktiv, təşəbbüskar olun. İdeyalarınız pis deyil, onları dəstəkləyəcəklər. Sərfəli ideyalardan birini ən qısa zamanda həyata keçirməyə başlayın. İşdə rəhbərliyin diqqətini qazanmaq, faydalı əlaqələrə nail olmaq, irəliləmək olar.
Günün ikinci yarısı fiziki iş, mürəkkəb qurğular və avadanlıqdan istifadə üçün əlverişlidir. Axşam saatlarında maraqlı tanışlıqlar olacaq. Hisslərinizi gizlətməyin, amma emosiyaların təsiri altında da qərarlar verməyin.
Əqrəb - həddən artıq çətin və ağır proses sayəsində əldə olunması mümkün hədəflərin, mürəkkəb niyyətlərin zamanı deyil. Genişmiqyaslı işi ertələyin, cari və rutin məsələlərlə məşğul olun. Bu gün yaşanacaq hadisələr yaxın perspektivdəki situasiyaya təsir etməyəcək.
Günün ikinci yarısında məhsuldar çalışmaq istəyirsinizsə, boş söhbətlərə və mənasız diskussiyalara qatılmayın. Alış-verişdə çox pul xərcləməyin. Yalnız özünüzün yox, bütün ailə üzvlərinin istifadə edə biləcəyi nəsnələr alın.
Oxatan - çətin situasiyaya düşməməyin ən rahat və optimal yolu ehtiyatlı, sayıq davranmaqdır. Sərvaxt olun. Yalnız özünüzə, ən yaxın insanlarınıza güvənin. Gərgin və mürəkkəb gündür. Ciddi uğursuzluqlar olmayacaq.
Günün ikinci yarısı məsuliyyətsiz bəyanatlar verməyin, hərdəmxəyal davranmayın.
Ünvanınıza səslənən tənqidlərə normal yanaşın, sakit və soyuqqanlı olun. Sözləriniz və ya əməllərinizin hansısa kiminsə xoşuna gəlməsə, sinirlənməyin. Axşam saatlarında fəaliyyət tempini aşağı salın. Yorğunluq səhhətinizdə problemlər yarada bilər.
Oğlaq - təşəbbüskar, aktiv olun. Peşəkar fəaliyyət baxımından əlverişli gündür. Ən çətin işlərin öhdəsindən gəlmək üçün yaşam enerjisi yetərli səviyyədədir. Yalnız bacardığınız, öhdəsindən gələ biləcəyiniz işlərə başlayın. İşgüzar baxımdan faydalı tanışlıqlara nail ola bilərsiniz.
Günün ikinci yarısında şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri artacaq. Yaxınlarınızla təmaslarda səmimi olun. Zərurət yaranarsa, ünsiyyət çevrənizi genişləndirə bilərsiniz. Alış-veriş üçün münasib zamandır.
Dolça - məqsədləri konkretləşdirin, hədəfləri dəqiqləşdirin. Gün yaxşı perspektivlər vəd edir. Bir işi başlayıb yarımçıq qoymayın, yeni işə başlamayın. Gördüyünüz işləri mütləq şəkildə bitirin. Böyük miqyaslı anlaşma və sövdələşməyə nail olmaq mümkündür. Uzunmüddətli əməkdaşlıq, alış-veriş üçün münasib zamandır.
Günün ikinci yarısında səhhətinizdə yüngül problemlər yarana bilər. Özünüzə fikir verin. Axşam saatlarında dəvət aldığınız tədbirə qatılın.
Xoş ünsiyyət və yaxşı tanışlıqlar istisna deyil.
Balıqlar - işgüzar aktivlik səviyyəsi bir qədər aşağı düşəcəksə də, ümumən pis gün deyil. Mühüm işləri təxirə salmayın, ertələməyin, başqalarına həvalə etməyin. Problemlərin özbaşına çözüləcəyini düşünməyin.
Günün ikinci yarısında aktiv, əzmkar, çalışqan olsanız, böyük uğurlara nail ola bilərsiniz.
Bilik və məlumatların artırılması, dünyagörüşünün genişləndirilməsi üçün yaxşı gündür. Köhnə dostlar özlərini xatırladacaqlar. Axşam saatlarında darıxmayacaqsınız.
Milli.Az
Tehran bombalanır - Paytaxt qaranlığa qərq olub (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər