Vilayət Eyvazov DYP rəisini vəzifədən çıxardı

img

07-06-2023 [16:26]


Sabirabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi vəzifəsindən azad edilib.

Mia.az Qaynarinfo-ya istinadla xəbər verir ki, daxili işlər naziri, general polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə polis kapitanı Rasim Əliyev vəzifəsindən azad olunub və sərəncama götürülüb.

Əldə etdiyimiz digər məlumata görə, Rasim Əliyevin rəis olduğu qurumda yoxlama aparılıb və ciddi nöqsanlar aşkarlandığı üçün nazir onu işdən azad edib.

Qeyd edək ki, Rasim Əliyev 2020-ci ildə Sabirabad Dövlət Yol Polisi İdarəsində baş mütəxəssis (baş inspektor) vəzifəsindən azad edilərək, Sabirabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi təyin olunmuşdu.


Digər xəbərlər
SON XƏBƏRLƏR
14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA