Volkan Dəmirəl: "Bu kuboka toxunmaq belə, şərəfdir"

img

07-06-2023 [10:48]


UEFA Çempionlar Liqasının kubokunun nümayiş olunduğu tədbirdə "Hatayspor"un baş məşqçisi Volkan Dəmirəl açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki,  2008-ci ildə "Fənərbaxça" ilə bu liqada qazandığı uğurları unuda bilmədiyini dilə gətirən Dəmirəl deyib ki, bu kuboka toxunmaq belə şərəfdir: "Bu, mənə keçmişi xatırladır. Düşünürəm ki, bu hissi ən yüksək səviyyədə 2008-ci ildə "Fənərbaxça" ilə matçda yaşamışam. 1/4 finalda "Sevilya"ya qarşı. Bu, ən böyük platformadır. Burada oynamaq böyük şərəfdir, bu qüruru əldə etdiyim üçün özümü xoşbəxt hiss edirəm. Bu kubokda oynamaq mənə qismət oldu. amma ilk dəfədir ki, ona, kuboka bu qədər yaxınlaşır, ona toxunuram. Bu, həqiqətən gözəl kubokdur. Ona toxunmaq üçün çox çalışdım, amma bu fürsəti burada tapa bildim. Təşəkkür edirəm"

UEFA Çempionlar Liqasında məşqçi kimi mübarizə aparmaq istədiyini bildirən Dəmirəl bildirib ki, qarşıdakı mövsümdə yenə "Hatayspor"un sükanı arxasında olacaq: "Hazırda tək istədiyim "Hatayspor"un ayağa qalxmasıdır. Hatay üçün əlimdən gələni etmək istəyirəm".

Fəırid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA