Naxçıvana ucuz uçuşlar təşkil ediləcək

img

05-06-2023 [15:47]


Aşağı büdcəli hava nəqliyyatı şirkətləri Naxçıvan MR ilə yerli və xarici hava limanları arasında müntəzəm sərnişin və yük daşınmaları təşkil edəcək.

Mia.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan MR-nın sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

Bundan başqa, sənədə əsasən, Naxçıvanda nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, o cümlədən ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə müvafiq layihələr gerçəkləşdiriləcək.

Zəngəzur dəhlizinin açılması burada dəmiryol infrastrukturunun yenilənməsini də zəruri edir. Bu səbəbdən dəmiryol infrastrukturu yenidən qurulacaq, təhlükəsiz, sürətli və dayanıqlı daşıma xidməti təmin ediləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA