Gəncədə ödəmə terminalının qarşısında növbə üstündə dava edən şəxs saxlanılıb

img

01-06-2023 [12:54]


Gəncədə ödəmə terminalının qarşısında növbə üstündə dava edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Mia.az-a bildirib ki, Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini Emin Məmmədovun sağ gözünün alt və üst qapaqlarının cırılmış yaraları, buynuz qişanın dəlib keçən yaralanması, möhtəviyyatın tökülməsi ilə xəsarət alması barədə məlumat daxil olub.

Dərhal Baş Polis İdarəsində müvafiq araşdırmalar başlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, vətəndaşa şəhər sakini Elçin Fərhadzadə aralarında yaranmış mübahisə zamanı yumruqla xəsarət yetirib.

E.Fərhadzadə barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA