Polis əməliyyatı: 19 nəfərlik narkoşəbəkə saxlanıldı - FOTO
01-06-2023 [09:41]
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən xüsusi əməliyyat zamanı yaşadığı evin həyətyanı sahəsində narkotik plantasiyası salan və narkotik vasitələrin satışını həyata keçirən ümumilikdə 19 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Mia.az-a verilən məlumata görə, şəhər ərazisində yerləşən Məhəmməd Abdullayevə məxsus evin həyətyanı sahəsində xeyli sayda çətənə kollarının becərilməsi barədə polisə əməliyyat məlumatı daxil olub.
Həmin ünvan dərhal nəzarətə götürülüb və keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində M.Abdullayev şübhəli şəxs qismində saxlanılıb.
Onun yaşadığı ünvana baxış keçirilərkən ümumi çəkisi 248 kiloqram olan 350 ədəd çətənə kolu, eləcə də 2 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb. Araşdırma zamanı saxlanılan şəxsin narkotik tərkibli bitkilərin toxumlarını öz qohumu Məzahir Soltanovdan 3 400 manat müqabilində əldə etdiyi, sonuncunun isə həmin toxumları rayon ərazisində narkotik vasitələrin paylanılmasını təşkil edən əsas şəxslərdən biri - Rasim Yetimovdan aldığı müəyyən edilib. Davam etdirilən tədbirlərlə onların hər ikisi saxlanılaraq istintaqa təhvil veriliblər. Şəxsi axtarış zamanı R.Yetimovdan da marixuana aşkarlanıb. Saxlanılan M.Abdullayev ifadəsində çətənə bitkilərini mart ayının əvvəllərində becərdiyini və vaxtaşırı aqrotexniki qulluq göstərdiyini etiraf edib. Məqsədinin isə əldə edəcəyi narkotik vasitəni sataraq varlanmaq olduğunu bildirib.
Qeyd edək ki, M.Abdullayevin həmin narkotik tərkibli bitkilərdən əldə edəcəyi narkotik vasitənin qara bazarda dəyəri 700 min manata yaxındır.
Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son 1 ay ərzində keçirilən əməliyyatlar nəticəsində isə daha 16 nəfər də şübhəli şəxs qismində saxlanılıb. Onlardan aşkarlanan müxtəlif növ narkotik vasitə və psixotrop maddələr, eləcə də kultivasiya etdikləri çətənə kolları qanunsuz dövriyyədən çıxarılıb.
Faktlarla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
"Fənərbağça" bu futbolçuya qapnı göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var
İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ramazanın 19-cu günü: imsak və iftar vaxtları
"Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN sözçüsündən xəbərdqarlıq
Rəsul Bağırov BMT-nin rezident əlaqələndiricisi təyin olunub
Nazir daha bir xanıma yüksək vəzifə verdi - FOTO
Premyer Liqa: növbəti turun təyinatları bəlli olub
Ağdərədə qumbaraatan və pulemyot tapılıb
Türkiyə kubokunun təqvimi açıqlandı
Əməkdar artist Rahib Əliyev vəfat edib
Daha bir sosial media fenomeni tutulub - Xanımı ilə birgə
Qəzzada yardım gözləyənlər bombalanıb: 6 nəfər ölüb, yaralılar var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
SABİQ NAZİRİN OĞLU İSTİNTAQA İFADƏ VERDİ - 400 minlik iddia ilə bağlı sensasion məlumat yayıldı