Vaxtı ilə Dəniz Baykala cəmi 40 səslə uduzan Sarıgül "6-lı Masa" liderlərini "vurdu", İmamoğluna mesaj verdi: "Mənim səhvimi etmə!"
01-06-2023 [09:41]
36 ildən sonra millət vəkili seçilən CHP-nin siyahsı ilə Ərzincandan millət vəkili seçilən Türkiyə Dəyişim Partiyasının sədri Mustafa Sarıgül Halk TV-də canlı yayımda gündəmlə bağlı açıqlamalar verib.
Mia.az xəbər verir ki, vaxtı ilə CHP-də təmsil olunan və hətta sədr postunun bir addımlığından geri dönən Mustafa Sarıgül hazırda keçmiş partiyasında yaşananlar barədə sualları cavablandırıb.
O, prezident seçkilərində məğlub olan Kamal Kılıçdaroğlunun CHP sədrliyindəki postuna adı daha çox iddialı kimi hallanan Əkrəm İmamoğluya məsləhət verib: "Xatırlayırsınızsa, mən də keçmişdə vaxtından əvvəl hərəkət etdim. Bəli, mən Sarıgül səhv etməməli idim. Ancaq tələsik hərəkət edərək CHP sədrliyinə iddiamı qoydum. Əgər bir az sonra sonra çıxsaydım... Təcrübəsizlik....
Bilirsiniz, mən cəmi 40 səslə rəhmətlik Dəniz Baykala uduzdum. İndi İmamoğlu o vaxt mənim etdiyim səhvi etməməlidir. Dediyim kimi, o gün deyil, növbəti qurultayda Baykalın qarşısına çıxsaydım, hər şey fərqli olacaqdı. İmamoğlu da səbrlə zamanını gözləməlidir".
Həm 14 may, həm də 28 mayda keçirilən seçkilərə toxunan Sarıgül deyib ki, Kılıçdaroğlu bu seçkidə səs itirməyib: "Sadəcə, biz onu qazandıra bilmədik. Yazıqlar olsun bizə. Mən təfərrüatlara varmaq istəmirəm. Niyə "6-lı Masa" liderləri bir-bir çıxıb mitinq keçirmədilər? Meral xanım təkbaşına dolaşırdı. Akşenerdən başqa kimsə meydanda olmadı, hörmətli Kılıçdaroğlu meydan tək qaldı. Mayın 14-dən sonra da psixoloji üstünlüyü itirdik. İlk raundda məğlub olan hökumət idi, ancaq biz bunun meydana daşıya, xalqın beyninə yeridə bilmədik".
M.Sarıgül onu deyib ki, seçk məntəqələrində müşahidəçilərlə tam təmsil oluna bilməmələri də nəticəyə təsir edib: "Baxın, mənikm seçildiyim Ərzincanda biz məntəqələrin 15 faizinə nəzarət edə bilmədik, oradan heç bir imzalı protokolları zamanında götürə bilmədik. Çünki müşahidəçilərimiz yox idi. Orada təxminən 3800 səsimiz getdi. Əminəm, digər şəhərlərdə də belə hallar çox oldu...".
Xatrladaq ki, vaxtı ilə CHP sədri postu uğrunda Dəniz Baykala uduzan Sarıgül həmin qurultaydan sonra istefa verərək yeni partiya TDP yaradıb.
14 may seçkiiləri ərəfəsində isə Kılıçdaroğlu Sarıgüllə görüşərək, CHP siyahısı ilə onun doğulduğu Ərzincandan deputatlığa namizədliyini irəli sürüb. Və, o, deputat mandatı qazanıb.
Lamiyə
Mia.az
Azərbaycan XİN Müstəqillik Günü münasibətilə Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb
Bundan sonra sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinə TƏBİB baxacaq
ABŞ müdafiə naziri Hegseth: Biz İranda 7000-dən çox hədəfi vurduq