Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
31-05-2023 [00:06]
Qoç - sizi dilə tutmaq çəkin deyil. Belə olmamalıdır. Mövqelərinizi müdafiə edin. Başqalarının dedikləri ilə dərhal razılaşmayın. Maraqlar münaqişəsi olarsa, güzəştə getməyi bacarın. Amma sərfəli olmayan, ziyanlı şərtləri əsla qəbul etməyin. Daha qətiyyətli, sərt olun.
Günün ikinci yarısında alış-veriş məsləhət deyil. Əsla ehtiyac duymadığınız əşyalar və ya məhsullar ala bilərsiniz. İdmanla məşğul olmaq, pəhrizə başlamaq üçün əlverişli zamandır. Qida rasionuna ciddi fikir verin. İstənilən sağlamlıq prosedurlarında xeyir var.
Buğa - mühüm işlərdən birini unutmayın. Adi günlərdən fərqli olaraq diqqətsiz davranmayın. Emosional fon stabil deyil. Əhvalınız sürətlə dəyişəcək. Yaxın ətrafınızdakı insanlar nə baş verdiyini anlamağa çətinlik çəkirlər.
Səmimi olmağa çalışın. Məruz qaldığınız hissləri, yaşadığınız emosiyaları etiraf etməkdən çəkinməyin.
Günün ikinci yarısı tədqiqat, araşdırma, təhqiqat və ya münasibətlərin aydınlaşdırılması üçün əlverişli deyil. Sadə, amma faydalı biliklər, bacarıqlar əldə edə bilərsiniz. Maliyyə çətinlikləri yaranacaq. Amma onlar ciddi səciyyə daşımayacaqlar.
Əkizlər - yeni planlar və ideyalar yaranır. Onların reallaşdırılmasını təxirə salmayın. Nə qədər tez işləməyə başlasanız, nəticəyə bir o qədər tez nail olarsınız. Qəfil səfər, çoxdan bəri görmədiyiniz insanlarla görüş istisna deyil. Gün narahat və qayğılı, amma maraqlıdır. Günün ikinci yarısında qəfil hədiyyə və xoş sürpriz ola bilər.
Maliyyə durumu yaxşı olmasa da, bədbinliyə qapılmayın. Az sonra işlərdə köklü dəyişiklik olacaq. İntuisiyanızın səsinə qulaq asın, risk etməkdən qorxmayın.
Xərçəng - yaşananlara həddən ziyadə emosional reaksiya verməyin. Ən xırda məsələləri ürəyinizə salmayın. Yaxınlarınız sizi dəstəkləməyə, yardım göstərməyə hazırdır. Hisslərinizi gizlətməyin. Sizi narahat edən problem barədə etibar etdiyiniz insana danışa bilərsiniz.
Günün ikinci yarısında situasiya o qədər də əlverişli deyil. Yaşam potensialının səviyyəsi aşağı düşəcək. Ümumi bihallıq, zəiflik, xroniki ağrıların kəskinləşməsi istisna deyil. Özünüzü qoruyun. Ağır iş görərək həddən artıq yorulmayın, orqanizmi sınağa çəkməyin.
Şir - görüşlər üçün əlverişli zamandır. İşgüzar maraqlarla bağlı olduğunuz insanlarla təmaslarda aktiv olun. Birgə biznes, yeni kommersiya layihəsi ilə bağlı məsələləri qeyri-formal şəraitdə müzakirə etmək olar. İntuisiyanız kimə inanmağın mümkün olduğunu, kimdən də uzaq durmaq gərəkdiyinizi sizə deyəcək.
Günün ikinci yarısında ciddi səhvlərə yol verməməyə çalışın. Romantik görüşün təəssüratları yaddaqalan olacaq. Adi, rutin və gündəlik işlərdən birini orijinal məşğuliyyətə çevirmək olar. Axşam saatlarında normal istirahət etməyə çalışın.
Qız - maliyyə baxımından çox əlverişli gündür. Əhəmiyyətli məbləğdə gəlir əldə edə bilərsiniz. Alış-veriş, sövdələşmələr, anlaşmalar və sifarişlər üçün münasib zamandır. Əsla gözləmədiyiniz halda işgüzar təklif alacaqsınız. Bu təklifi dəyərləndirsəniz, gəlir mənbələrinizi daha da artıra bilərsiniz. Günün ikinci yarısında əhvalınız pis olmayacaq. Ruhdan düşənlərə, bədbinliyə qapılanlara ürək-dirək verin, onlara yol göstərin. Şəxsi problemlər ilk baxışdan nə qədər çətin görünsə də, onları həll etmək olar. Sevdiyiniz insanla dil tapa biləcəksiniz.
Tərəzi - günün ilk saatları gərgin və çətin olacaq. İşlərin əksəriyyəti gözləntilərinizin əksinə olacaq. Dostlar, yaxınlar və qohumlarla ünsiyyətdə problemlər yaranacaq. Narahat olmayın, saatlar keçdikcə müsbət təmayüllərin təsiri artacaq. Əhvalınız yaxşılaşacaq, nikbin və qüvvələrinizə əmin olacaqsınız. Günün ikinci yarısının emosional fonu müsbətdir. Peşəkar fəaliyyət müstəvisində yeni imkanlar yaranacaq. Axşam saatlarında sizi xoş sürprizlər gözləyir. Səfərə və ya gəzintiyə yollanmaq olar.
Əqrəb - gərgin, amma çox maraqlı gündür. Ən yaxşı məziyyətlərinizi, bilik və bacarıqlarınızı nümayiş etdirə bilərsiniz. İşlər çox olsa da, yardımçılarınız və köməkçiləriniz az olmayacaq. Kənardan gələn məsləhətlərə qulaq asmayıb bildiyiniz kimi hərəkət etsəniz, bütün işlərin öhdəsindən gələcəksiniz. Xoş xəbərlərin alınması istisna deyil. Uzaq qohumlardan biri barədə məlumat sizi sevindirəcək. Günün ikinci yarısı alış-veriş, qarderobun yenilənməsi üçün pis deyil. Axşam saatlarında bihallıq yarana bilər. Amma narahat olmayın, səhhətinizdə ciddi problemlər olmayacaq.
Oxatan - asan və rahat gündür. İşlərin axarı pis deyil. Məcra ilə hərəkət edin, olaylara süni təkan verməyin. Şərtlər uğurludur. Gərəkli vaxtda gərəkli yerdə olmağı bacarın. Faydalana biləcək insanlarda özünüzlə bağlı xoş təəssürat yaratmağa can atın.
Günün ikinci yarısı astagəllik etməyin. İdeyalarınız çox cəsur və qeyri-adi təsir bağışlaya bilər. Ətrafınızdakı insanların narazı baxışlarına fikir verməyərək yolunuzla hərəkət edin. Sizə özünüzdən savayı kimsə yardım etməyəcək.Axşam saatlarında xoş tanışlıq ola bilər.
Oğlaq - əvvəllər başladığınız işi başa vurmaq imkanı var. Bütün diqqəti işlərə yönəldin. Ailə üzvlərinin əyləncə və istirahət tələblərini qulaqardına vurun. Onlardan fərqli olaraq, sizin boş vaxtınız yoxdur və üstəlik, pul qazanmalısınız.
"Darıxıram" tipli sözlərə əsla əhəmiyyət verməyin.
Günün ikinci yarısında münaqişə yaratmayın. Ailə və məişət qayığları sizə yorucu, usandırıcı təsir bağışlamasın. Rutin məsələlərin həllinə yaradıcı yanaşın. Eksperimentlər etmək olar.
Dolça - qarşınıza qoduğunuz məqsədə çatmaq asan olmasa da, bədbinliyə qapılmayın. Səhər saatlarında alınmayan işi yarımçıq saxlamayın. Qətiyyətli və iradəli olun. Günün ikinci yarısına doğru aktivləşin.
İşlər yetərincə usandırıcı, yorucudur. Qüvvələrinizi bərpa etmək və irəliləmək istəyirsinizsə, bunun üçün xüsusi tədbirlər görün. Yaxınlarınız və dostlarınızdan yardım istəməkdən çəkinməyin. Rədd cavabı almayacaqsınız.
Planlaşdırılmamış alış-veriş, xərclər olacaq. Məsrəflər ailə üzvlərindən birinə nə isə almaq və ya çətin situasiyaya düşmüş insana yardımla bağlıdır. Pulların dərdini çəkməyin. Az sonra gəlir əldə edəcəksiniz.
Balıqlar - söhbət və görüşlərin heç də hamısı xoş olmayacaq. Başqa günlərdə mütləq şəkildə yayınmağa çalışacağınız söhbətlərə, müzakirələrə qatılmaq məcburiyyətində qalacaqsınız. Təmkinli, soyuqqanlı olun. Təxribatlara uymayın.
Günün ikinci yarısında maraqlı tanışlıqlar ola bilər. Romantik münasibətlərin başlanması istsina deyil. Həmin münasibətlər asan və rəvan olmasalar da, pozitiv emosiyalar bəxş edəcəklər. Üstəlik, təcrübə əldə edəcəksiniz.
Milli.Az
Tehran bombalanır - Paytaxt qaranlığa qərq olub (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər