QHT AGENTLİYİNƏ ETİRAZLAR ARTIR: "...bizi buna görə cəzalandırırlar" - Təşkilat rəhbərləri narazılıq edirlər (Rəsmi reaksiya/Yenilənib)
SİYASƏT
26.05.2023, 16:01
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin bu gün açıqladığı kiçik qrant müsabiqəsi böyük etirazlara səbəb olub.
Mia.az xəbər verir ki, Agentliyin qərarına bır sıra nüfuzlu QHT rəhbərləri etiraz səslərini ucaldıblar.
Onların arasında Cəsarət Hüseynzadə, Samir Adıgözəlli, Mətanət Əsgərqızı, Ruslan Xəlil, Mətant Ağamirli və sair tanınmış şəxslər QHT rəhbərləri də var.
İSBAM sədri Samir Adıgözəlli Prezident Administrasiyasının qarşısındakı fotosunu paylaşaraq belə mesaj verib: "30 ildən artıq ölkəyə, vətənə xidmətin qiymətləndirilməsi müqabilində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Mərkəzimizə qarşı qərarı böyük ədalətsizlikdir. Ölkə rəhbərliyindən səsimizə səs vermələrini istəyirik".
QHT.AZ saytının rəhbəri C.Hüseynzadə bildirib ki, Agentliyin Müşahidə Şurasının bəzi üzvlərinin ətrafındakı QHT-ləri araşdırmalıdır: "Ətrafına dəstək olan Agentlik bizə lazım deyil".
Agentliyin Müşahidə Şurasının üzvü Günel Səfərova isə C.Hüsyenzadəniin bu statusuna dərhal reaksiya verib: "Dostum, şəxsən mənim nə özüm, nə də ətrafım agentliyə müraciət etmir. Qaldı ətrafa QHT sektoru bir biri ilə ətraf yaradır. Axı bu sahədə hamı bir birini tanıyır".
Jurnalist Mətanət Ağamirli isə ironik şəkildə yazıb ki, "İlk dəfədir belə halla rastlaşırsınız?"
QHT sədri Səbinə Kərimova isə həmkarlarını etiraza səsləyib: "Bəlkə Prezident Aparatına gedək?"
Jurnalist və QHT rəhbəri Ruslan Xəlil isə belə etiraz edib: "...amma bu müsabiqə ilə bağlı bəzi məqamlara toxunmasaq, olmaz. QHT Agentliyi onun fəaliyyətindən narazılıq edən, tənqidləri açıq şəkildə dilə gətirən, ilboyu göndərdikləri tezisləri sosial şəbəkədə paylaşmayan QHT-ləri "cəzalandırmaq" xəttini tutub. Dövlətin təşkilatına, agentliyinə rəhbərlik edən məmur şəxsi maraqlarını, qisasçılıq hisslərini fəaliyyətində prioritet kimi götürürsə, deməli, onu o vəzifəyə rəva görənlər, təklif edənlər böyük yanlışlığa yol veriblər.
Açığı əvvəlki rəhbərliyin dövründə heç vaxt belə hal baş verməmişdi. Öncəki rəhbərlik tənqidlərə daha dözümlü idi və qisasçılıq siyasəti aparmırdı.
Onsuz da, qrant müsabiqəsində qalib gəlməyənlər o qədər də məyus deyillər. Qrant məbləğinin azlığı təklif olunan layihənin keyfiyyətli icrası üçün yetərli olmurdu. Üstəlik lüzumsuz tələblər, saysız hesabat sənədləri, bürokratik əngəllər, cərimələr QHT rəhbərlərini lap ruhdan salmışdı".
Azər Həsrət də baş verənlərə biganə qalmayıb: "QHT-lərə Dövlət Dəstəyi Agentliyi sektora bağlı qurumlara qrant ayrılması haqqında qərarını elan edib. Böyük siyahıdır və hiss olunur ki, Agentlik mümkün qədər çox QHT-ni əhatə etməyə çalışıb. Amma baxırıq ki, bir sıra QHT-lər məbləğin azlığından şikayət edir. Açığı, şikayət edənlərin çoxunun həm layihələri, həm də qurumları ilə yaxından tanış olmadığım üçün nə qədər haqlı olub-olmadıqlarını deyə bilmərəm. Amma bir gerçək də var ki, ölkədə yetərincə tanınan, real işlər görən, qrant almasa belə fəaliyyəti daim göz önündə olan QHT-lər var. Məncə, onlara daha böyük məbləğdə maliyyə ayırmağın vaxtı çatıb. Hətta olduqca peşəkar QHT-lər var ki, onları fərqli kateqoriyaya aid edib maliyyələşməsinin fərqli yollarını da düşünmək olar. Bununla belə hesab edirəm ki, ümumilikdə Agentliyin daha çox QHT-ni əhatə etməyə çalışması da başadüşüləndir. Yeri gəlmişkən, nəticələr necə olsa da narazılar tapılacaq və etiraz edəcəklər. Bunu da diqqətə alaq məncə.
Ayrıca qeyd edim ki, şəxsən mən QHT rəhbəri deyiləm, qrant üçün müraciət etməmişəm və belə bir ehtimal da yoxdur. Hələ 2018-ci ildə QHT Şurasının başçılıq etdiyim quruma qeyri-obyektiv yanaşmasını əsas tutaraq ümumiyyətlə sektordan uzaqlaşmışam. Geri dönəcəyəmmi? Kim bilir?".
Mia.az bu yerdə onu da xatırladır ki, QHT Agentliyinin aparatında qruplaşmalar yaradıldığı haqda xəbərlər var. Hətta bəzi QHT rəhbərləri iddia edir ki,az əvvəl orada daxili yoxlama aparılıb. Bu zaman Agentliyin icraçı direktoru Aygün Əliyeva bir neçə nəfəri ititham edərək, ərizələrini yazmağı tələb edib. Bu isə digər qrupu ayağa qaldırıb...
Bu və ya məqamlarla bağlı araşdırmalarımız davam edəcək.
Təəssüf ki, Agentlikdə mətbuat katibi olmadığından məsələyə münasibət öyrənmək mümkün olmayıb.
***
QHT Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli Feysbuk-da etirazlara belə ümumiləşdirilmi.. cavab yazıb:
"Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant müsabiqələrinin nəticələri müzakirə olunur. Əlbətdə istənilən müsabiqənin nəticələrindən narazı qalanların olması təbidir. Tənqidlər, müzakirələr də təbidir. Təbii olmayan, haqsız ittihamlar, qərəzli tənqiddir. Layihə təkliflərinin ekspert qiymətləndirməsi aparılıb, daha sonra Müşahidə Şurası bunu əsas götürək qalibləri müəyyən edib. Müşahidə Şurası obyektiv mövqe tutub, hər bir qərarın əsaslandırılması var, heç bir qərar subyektiv rəyə söykənmir. Hər bir qərarda ekspert dəyərləndirilməsini, təşkilatın fəaliyyəti, təcrübəsi, layihənin xüsusiyyətlərini, dövlətin prioritetləri nəzərə alınıb. Müşahidə Şurası üzvləri çox məsuliyyətlə yanaşıb, məsuliyyətinin fərqindədir. Əsas iradlar qrant məbləği ilə bağlıdır. Maliyyə resursları imkan verdiyi həddə, layihə xüsusiyyətləri nəzərə alınmaqla maliyyə nəzərdə tutulub. Əlbətdə layihə müəlliflərinin öz layihələrinə fərqli baxışı ola bilər, amma bir ekspert yanaşması da var. Hər bir donorun da yanaşması var. Bir çox hallarda qalib layihələrin maliyyə tutumu barədə QHT-lərin baxışı ilə donorun yanaşması üst-üstə düşmür. Donor bir çox xüsusiyyətləri nəzərə almalıdır, çalışılır ki, QHT-nin də maraqları təmin olunsun, amma rasionallığı qorumaq şərti ilə. Rasional və ədalətli yanaşma hər birimiz üçün əsas olmalıdır, öz səhvlərimizi də görməyi bacarmalıyıq. Layihə təkliflərinin keyfiyyəti, icrası səviyyəsi də iddialara adekvat olmalıdır. Amma çox hallarda bu belə deyil təəssüf. Agentliyə iradlar da subyektiv olmamalıdır, xoş niyyəti əks etdirməlidir. Bunun əksi subyektiv yanaşma kimi dəyərləndirilməlidir. Heç bir qiymətləndirmə ideal deyil, lakin nöqsanlar varsa da, onlara münasibət obyektiv olmalıdır".
Samir
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Millətlər Liqası: 8 oyun oldu, hansı komandalar qalib gəldi?
Bugün, 00:47 İDMAN
-
Abdullah Avcı Super Liqaya geri dönür
Bugün, 00:28 İDMAN
-
Netanyahu BMT salonunda ona etiraz edənləri "qorxaq" adlandırdı, Ərdoğanı "qaraladı": "Cənab Ərdoğan, siz Qüdsün hökmdarı olmayacaqsınız"
Bugün, 00:21 GÜNDƏM
-
AK Partiyalı keçmiş bələdiyyə sədrinin evindən sərvət çıxdı
Bugün, 00:17 SİYASƏT
-
TÜRKİYƏNİN MALİYYƏ NAZİRİ İSTEFA VERİB? - Açıqlama yayıldı
Bugün, 00:12 SİYASƏT
-
Husilər Səudiyyə Ərəbistanına növbəti hücum həyata keçirib: "Hər hücuma çox sərt cavabımız olacaq"
Bugün, 00:12 DÜNYA
-
NATO baş katibindən xəbərdarlıq: "Rusiyanın silahlı qüvvələri sürətlə genişlənir" - "Alyansla Rusiya arasında potensial müharibə təhlükəsi var"
Bugün, 00:06 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 CƏMİYYƏT
-
Antalyada turistləri daşıyan mikroavtobus qəza törətdi - 16 nəfər xəstəxanaya aparılıb
24.09.2026, 22:13 KRİMİNAL
-
Anar Ələkbərov "Formula 1" yarışında - FOTOLAR
24.09.2026, 21:37 GÜNDƏM
-
Ceyhun Bayramov İƏT Əlaqələndirmə İclasında çıxış edib
24.09.2026, 21:37 SİYASƏT
-
Si Cinpin Ağ Evdə Trampın gözünün içinə baxa-baxa dedi: "Çin və ABŞ döyüşərsə, itki çox böyük olar"
24.09.2026, 19:48 GÜNDƏM
-
Dörd bürcə yeni şanslar açılacaq
24.09.2026, 19:15 MƏDƏNİYYƏT
-
Azərbaycan ordusu təlimdə - VİDEOLAR (Yenilənib)
24.09.2026, 18:53 GÜNDƏM
-
Xankəndi Mədəniyyət Mərkəzində konsert olub
24.09.2026, 18:42 MƏDƏNİYYƏT
-
Bank kartları ilə bağlı daha bir qadağa var - Rəsmi məlumat yayıldı (Yenilənib)
24.09.2026, 18:02 İQTİSADİYYAT
-
Sahib Məmmədovun müavini vəzifədən ayrıldı - AHİK-də kompromat savaşı, yoxsa...
24.09.2026, 17:47 GÜNDƏM
-
DİN "Formula 1"lə əlaqədar gücləndirilmiş iş rejiminə keçib
24.09.2026, 17:20 CƏMİYYƏT
-
Müsavat məclisinin sədri oğlu ilə gəlininin saxlanılmasından danışdı: "Mənə və yaxınlarıma qarşı təzyiq və..."
24.09.2026, 17:09 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
24.09.2026, 17:00 İQTİSADİYYAT
-
Vilayət Eyvazov xarici ölkələrə ezam olunan kursantlarla görüşdü - FOTOLAR
24.09.2026, 16:57 CƏMİYYƏT
-
Prezident İlham Əliyev təhsil müəssisələri barədə fərman imzaladı - DETALLAR
24.09.2026, 16:34 GÜNDƏM
-
Mədəniyyət naziri Naxçıvanda vətəndaş qəbulu keçirib - FOTO
24.09.2026, 16:34 MƏDƏNİYYƏT
-
“Bakcell”də hədiyyə mövsümü başladı
24.09.2026, 16:27 İQTİSADİYYAT
-
İCRA BAŞÇISI VƏZİFƏDƏN ÇIXARILDI - Sərəncam
24.09.2026, 16:10 GÜNDƏM
-
Sabah Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
24.09.2026, 16:05 CƏMİYYƏT
-
Mərkəzi Bankın ehtiyatları azaldı, qızıl ehtiyatı isə... - Bir həftədə 4.3 milyard dollar
24.09.2026, 16:03 İQTİSADİYYAT
-
“Trendyol” sifarişləri gecikir
24.09.2026, 16:00 İQTİSADİYYAT
-
Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub
24.09.2026, 15:20 GÜNDƏM
-
Dövlət Qulluğu Məcəlləsi dəyişir
24.09.2026, 15:20 GÜNDƏM
-
Arif Hacılının oğlu və gəlini həbs edildi – Saxta sənəd qalmaqalı
24.09.2026, 15:07 SİYASƏT
-
Ukraynanın işğal olunmuş bölgəsində aclıq hökm sürür - İNSANLAR OT YEYİR, BƏZƏN ÖLÜLƏR GÜNLƏRLƏ DƏFN OLUNMUR!
24.09.2026, 14:47 GÜNDƏM
-
Zakir Həsənov: "Xəbər məni dərindən kədərləndirdi"
24.09.2026, 14:29 GÜNDƏM
-
Ərdoğanla Zelenski Nyu-Yorkda bir araya gəldi: "Türkiyədə zirvə görüşü keçirməyə hazırıq"
24.09.2026, 14:14 DÜNYA