Türkiyədə seçki: xaricdə verilən səsvermə bülletenləri Ankaraya gətirilib - FOTO

img

26-05-2023 [09:51]


Prezident seçkilərinin 2-ci turu çərçivəsində xarici nümayəndəliklərdə verilən 1 milyon 783 min 107 səsvermə bülleteni Ankaraya gətirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bülletenlər partiya və YSK nümayəndələrinin nəzarəti ilə yük maşınları ilə "ATO Congresium" Sərgi Mərkəzinə aparılıb. 

Məlumata görə, bazar günü saat 17.00-da səsvermə prosesi başa çatdıqdan sonra bütün səslər digər seçki qutuları ilə birlikdə açılacaq.

Yüksək Seçki Qurumundan (YSK) alınan rəsmi məlumata görə, 28 Mayda keçiriləcək prezident seçkilərinin ikinci turu çərçivəsində xarici nümayəndəliklərdə i1 milyon 783 min 107 səs verilib.

Samir

MİA.AZ

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR