Hücumçudan Andrea Pirlonun məşqçi postundan getməsinə qəzəbli reaksiya - FOTO

img

25-05-2023 [00:24]


"Fatih Karagümrük"ün hücumçusu Mbaye Diaqne baş məşqçi Andrea Pirlonun komandadan ayrılmasına qəzəblənib.

Mia.az verir ki, bu barədə o, klubun paylaşımına verdiyi reaksiya ilə hisslərini nümayiş etdirib. 

Belə ki, seneqallı futbolçu klubun Pirlodan ayrıldığını elan etdiyi paylaşımın altına əsəbi və ağlayan emojiləri ilə şərh verib.

Xatırladaq ki, dünən klub rəhbərliyi məşhur italyan məşqçi ilə yollaırı ayırdıqlarını elan edib.

Onu da qeyd edək ki, Mbaye Diaqne bu mövsüm 32 matçda "Fatih Karagümrük" formasını geyinib. Seneqallı futbolçu bu matçlarda 22 qol vurub, 6 məhsuldar ötürmə edib.

Fərid

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA