Ronaldo ərəblərin qəlbini belə fəth etdi - FOTO

img

24-05-2023 [09:32]


Səudiyyə Ərəbistanında “Əl-Nassr” komandasında oynayn Kriştiano Ronaldo ərəb azarkeşlərlə gərgin olan münasibətini bir hərəkəti ilə səhmana salıb.

Mia.az xəbər verir ki, liqanın 28-ci həftəsində “Əl-Nassr” və “Əl-Şəbab” komandaları paytaxt Ər-Riyadda kozırlarını bölüşüblər. 

“Əl Nassr”ın kapitanı Ronaldo komandasına qələbə qazandıran (3:2) oyunda qolu vurduqdan sonra sevincini müsəlmanların qəlbini fəth edən formada qeyd edib. O, qoldan sonra stadionda səcdə edib. Komanda yoldaşları isə Ronaldonun səcdəsinə alqışlarla cavab verib. 

Həmin anlar tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Xatırladaq ki, son aylar Ronaldo ilə ərəb azarkeşlər arasında çox gərgin münasibətlər yaranmışdı. Hətta azarkeşlər onun komandadan getməsini belə tələb edirdilər. Ronaldonun da komandadan getmək istəməsi barədə xəbərlər yayılıb.

Bu son səcdə hərəkətindən sonra isə ərəblər ona yenidən valeh olublar.

Onu da qeyd edək ki, Ronaldo yeni komandasında oynadığı 16 oyunda 14 qol və 2 məhsuldar ötürmə  verib.

Fərid

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA