Daum özəl təyyarə ilə Almaniyaya aparılıb: "Hazırda müalicəm davam edir, hər gün yaxşıya doğru gedirəm"

img

24-05-2023 [00:06]


Vaxtı ilə Türkiyədə “Beşiktaş” və “Fənərbağça”da baş məşqçi olan almaniyalı Kristof Daum ABŞ-da yatırıldığı xəstəxanadan Daum özəl təyyarə ilə Almaniyaya aparılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ağciyər xərçəngi olan 69 yaşlı Daum ölkəsində "Bild" qəzetinə danışıb.

O bildirib ki, Nyu-York şəhərində qəfildən halı pisləşib: "Orada reanimasiyada bir neçə gün müalicə aldıqdan sonra ölkəmə gətirildim. Hazırda Kölndəki universitet klinikasında müalicə alıram. Dərmanlarımı qəbul edirəm, düzgün qidalanıram. Hər gün yaxşıya doğru gedirəm. Bu həftə sonu yenidən idman etmək istəyirəm. Pis gününüzdə mütləq ayağa qalxmaq və gələcəyə inamla baxmaq mütləqdir. Bu, düşüncə adama çox güc verir".

Xatırladaq ki, Daum “Fənərbaxça” nın məşqçisi kimi iki dəfə, “Beşiktaş”la isə bir dəfə superliqanın çempionu adını qazanıb. 

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA