Füzulidə 3 kurqanda qazıntı işləri aparılıb: "Burada 3 min yaşı olan hökmdar kurqanları var"

img

23-05-2023 [15:31]


"Füzulidə 3 kurqanda qazıntı işləri aparılıb".

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov deyib.

Onun sözlərinə görə, sözügedən kurqanlar Əhmədbəyli-Füzuli-Şuşa yolunun təxminən 700-800 metr yaxınlığında yerləşir:

"Bura böyük kurqan çölüdür və 3 min yaşı olan hökmdar kurqanları var. Eramızdan əvvəl l minilliyin VIII-VII əsrlərinə aiddir. Araşdırmalarımız zamanı məlum olub ki, burada hökmdarı arabası ilə birlikdə dəfn ediblər. Araba təkərlərinin, atlarının, silah-sursatının qalıqları aşkarlanıb. Burada tapılan materialların böyük hissəsi bizim fondda saxlanılır, bir hissəsi isə hələlik Tarix Muzeyinə təhvil verilib"(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR
14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA